2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Türkiyənin Qarabağla bağlı elə bir şansı var ki…”

Ankara və Moskva arasındakı gərginlik Türkiyənin regiona təsirlərini azaldırdı.

Bu sözləri  millət vəkili, politoloq Rasim Musabəyov deyib. Politoloq Ankara-Moskva barışmasının regiondakı proseslərə, xüsusilə Qarabağ məsələsinə müsbət təsir edəcəyini deyib:
“İki ölkə arasında münasibətlər yaxşı olduğu halda Rusiya, o cümlədən Türkiyə ilə danışıqlar aparılaraq Qarabağ prosesinə təsir imkanları genişləndirilir. Ona görə də Ankara-Moskva münasibətlərinin yaxşılaşmasını alqışlamaq lazımdır. Ancaq bu, bilavasitə Türkiyənin Qarabağ probleminin həllində vasitəçilik etməsinə gətirib çıxarmayacaq. Azı ona görə ki, Türkiyənin Ermənistanla öz problemləri var, üstəlik, heç diplomatik əlaqələri də yoxdur. Ancaq burada daha vacib və çox önəmli bir məqam – Türkiyənin Rusiya ilə Qarabağ münaqişəsi ilə əlaqədar çox ciddi danışıqlar aparmaq imkanı əldə etməsidir”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə rusiyalı həmkarına məktub yazaraq, Su-24 hadisəsinə görə təəssüfləndiyini, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamadığını bildirib. Bundan sonra iki ölkə arasında münasibətlər qaydaya düşməyə başlayıb.
Liderlər arasında görüş avqustun ilk on günlüyündə, Rusiyada baş tutacaq.(Axar.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button