2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyənin yeni Baş naziri kimdir – TANIYAQ

Bu gün Türkiyənin yeni baş nazirinin adı məlum olub. Yeni nazir Binali Yıldırım kimdir?

Binali Yıldırım 20 dekabr 1955-ci ildə Ərzincan vilayətində doğulub. İstanbul Texniki Universitetinin Gəmiqayırma və Dəniz Elmləri fakultəsini yüksək nəticə ilə bitirib. 1978-1993-cü illəri arasında Türkiyə Gəmi Sənayesi Gənəl Müdirliyində müxtəlif vəzifələrdə çalışıb. 1990-1991-ci illərdə İsveçin Beynəlxalq Dənizçilik Təşkilatına (İMO) aid olan Dünya Dənizçilik Universitetində (WMU) Dənizdə Can və Mal Güvənliyi İdarəetməsi sahəsində ixtisaslaşmış təhsil alıb. 1994-2000-ci illər ərzində İstanbul Böyük Şəhər Bələdiyyəsi İstanbul Dəniz Avtobusları İdarəetməsində müdir vəzifəsində işləyib. Binali Yıldırım 58, 59, 60, 61-ci Hökumətlər zamanında Türkiyə Cumhuriyyəti Çatdırılma (Ulaşdırma) Nazirliyi və TBMM-nin 22-ci seçki dövründə AK Partinin İstanbul, 23-cü seçki dövründə AK Partinin Erzincan, 24 və 26-cı seçki dövrlərində isə AKP-nin İzmirdən millət vəkili seçilmişdir.

2014-cü il yerli seçkilərdə İzmir Bələdiyyə Başqanlığı seçkilərində 36 faiz səs toplasa da, CHP namizədi Aziz Kocaoğluna məğlub olub. 5 iyun 2014-cü ildə Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi təyin edilib. 24 oktyabrda Əhməd Davudoğlu tərəfindən açıqlanan 64-cü hökumətdə Türkiyə Cumhuriyyəti dənizçilik və kommunikasiya naziri təyin edilib. Vəzifədə olduğu müddətdə Marmaray, Yavuz Sultan Səlim Körpüsü, Avrasiya Tuneli və Osman Qazi Körpüsü inşa edilib. 2009-cu ildə Ankara və Eskişehir, 2011-ci ildə isə Ankara-Konya istiqamətində Yüksək Sürətli Qatar yolları istifadıyı verilib. Binali Yıldırım evlidir, 2 oğlan, 1 qız olmaqla 3 övladı var. Həyat yoldaşı Semiha Yıldırım Ərzincanda doğulub, hazırda təqaüddə olan müəllimədir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button