2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyəyə yatırım qoyan azərbaycanlı investorların sayı azalıb

Bu ilin I rübündə Türkiyədə Azərbaycan kapitalının aktivliyi azalıb. Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına görə, deyilən dövrdə Türkiyədə təsis edilən Azərbaycan sərmayəli şirkətlərin sayı ötən ilin eyni dövrünə nisbətən 21%, Azərbaycan investorlarının ilkin ödənişi 2,3 dəfə azalıb.

2017-ci ilin yanvar-martında 8 səhmdar cəmiyyəti, 29 məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Bunların kapitalı 2,4 mln türk lirəsidir. Vəsaitin 90%-i azərbaycanlı səhmdarlar qoyub. Ötən ilin eyni dövrübdə yaradılan 47 şirkətin kapitalı 6 mln lirə olub. Bunun 5,1 mln lirəsi Azərbaycanda daxil olub.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Platformunun məlumatına görə, 2017-ci ilin əvvəli üçün Türkiyədə fəaliyyət göstərən Azərbaycan sərmayəli firmaların sayı 1958-dir. Bu, Türkiyədə fəaliyyət göstərən bütün xarici sərmayəli firmaların təqribən 4%-dir.

Azərbaycan sərmayəli firmalar daha çox ticarət, tikinti və turizm sektorlarında fəaliyyət göstərirlər. Onların ən böyüyü SOCAR-dır. (contact.az)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button