2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyә İsrail münasibәtlәri yenidәn gәrginlәşdi

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın işğal altında olan şәrqi Qüds daxil, bir çox bölgәlәrdәki minarәlәrdәn dinamiklәr vasitәsi ilә әzan oxunmasını qadağan etmәyә hazırlaşan İsraili tәnqid etmәsinә Tәl-Әviv sәrt cavab verib.
AFP-nin xәbәrinә görә İsrail xarici işlәr nazirliyinin sözcüsü Emmanuel Nahşon “öz ölkәsindә insan haqlarını sistemli şәkildә pozan biri bölgәdәki tәk hәqiqi demokratik ölkәyә әxlaq dәrsi vermәmәlidir” deyә cavab verib. Nahşon bildirib ki, İsrail yәhudilәrin, müsәlmanların vә xristiyanların bütün ibadәt azadlıqlarını hәr zaman qoruyacaq. Vә bütün әsassız şәrlәmәlәrә rәğmәn dә eyni şәkildә davam edәcәk.
Qeyd edәk ki, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın etiraz etdiyi qanun layihәsi fevral ayında Qanunvericilik İşlәri Nazirliyi Komisiyası tәrәfindәn tәsdiqlәnib. Amma hәlәlik parlamentdәn keçmәyib. Hәmin qanuna görә gecә saat 23:00-dan sәhәr 7:00-da qәdәr dinamiklәrlә әzan oxunması qadağan olunur. Әrdoğan әzanın susdurulmasına imkan bermәyәcәklәrini bildirmiş vә İsrailin bu addımını әvvәllәr Amerikada vә Afrikada olan irqçiliyә bәnzәtmişdi.

Aqil

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button