Gündəm
“Türkiyədə xaos yaratmaq istəyirlər” –Ərdoğandan mesaj
Yeni ilin ilk saatlarında İstanbulun məşhur əyləncə məkanlarından olan «Reina»da 39 nəfərin ölümü, 65 nəfərin yaralandığı terror aktı ilə bağlı Türkiyə prezidenti Ərdoğandan açıqlama gəlib.
Ərdoğan terroru şiddətlə lənətləyib, ölənlərə rəhmət, yaralılara şəfa diləyib.
O, deyib ki, terrorla ölkədə xaos yaratmaq istəyirlər:
“Belə terror aktları ilə ölkədə xaos yaratmaq istəyənlər var. Ancaq biz buna imkan verməyəcəyik”.