Loading...
Loading...
Dünya

Türkmən fəalları İstanbuldakı konsulluqda döyüblər

Hətta vəkilin də hücuma məruz qaldığı bildirilir

Beş türkmən insan haqları fəalı Türkmənistanın İstanbuldakı konsulluğunda döyüldüklərini deyirlər. Onlar Prezident Sərdar Berdimuxamedova ünvanladıqları məktubda bu aşırı təcrid olunmuş Orta Asiya ölkəsində insan haqlarının durumuna etirazlarını bildiriblər.

Türkmən Helsinki İnsan Haqları Fondu (THF) avqustun 16-da bildirib ki, iki qadın və üç kişidən ibarət türkmən fəallar türkiyəli vəkil Gülden Sonmezin müşayiətilə həmin gün konsulluğa gediblər. Onlar mühafizəçilərə deyiblər ki, mühacirətdə yaşayan türkmən fəalların prezidentə məktubunu təqdim etmək istəyirlər.

Konsulluğa buraxılan fəallar altı kişinin hücumuna məruz qaldıqlarını söyləyirlər. Hücum edənlərdən birinin konsulluğun əməkdaşı Mərdan Mustakov olduğu bildirilir.

Döyülən fəallardan ikisi – Dursoltan Taqanova (qadındır – red.) və Atamurat Saparov başlarından ciddi xəsarət alıblar və polisə aparılıblar.

Hətta vəkilin də hücuma məruz qaldığı bildirilir.

Vəkil Gülden Sonmez türkmən miqrantlara hüquqi dəstək göstərir. O, iyunda İstanbulda məhkəməyə müraciət edərək Türkmənistan hakimiyyətinə qarşı cinayət işi açmaq üzrə iddia qaldırıb. Türkiyə mediasının yazdığına görə, iddiada Türkmənistanın indiki və keçmiş məmurlarının, keçmiş prezidenti Qurbanqulu Berdimuxamedovun, Xarici işlər naziri Rəşid Meredovun, Daxili işlər naziri Muxammed Xıdırovun adları yer alıb.

Türkmənistan dünyada ən repressiv ölkələrdən sayılır. Sərdar Berdimuxamedov bu ilin martında hakimiyyəti avtoritar atası Qurbanqulu Berdimuxamedovdan təhvil verib.

Ötən il onlarla türkmən fəal Türkiyə, ABŞ, Avropa İttifaqında etiraz aksiyaları keçirərək beynəlxalq ictimaiyyəti Türkmənistanda insan haqları və mülki azadlıqlarla bağlı vəziyyətə daha çox diqqət ayırmağa çağırıblar.

24 saat” “
Türkmən fəalları İstanbuldakı konsulluqda döyüblər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusiya Kursk nüvə stansiyasında diversiya baş verdiyini deyir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button