2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Türkmənistanda prezident kampaniyası başlanır

Avtoritar lider Qurbanquli Berdiməhəmmədov istefa planını açıqlayandan üç gün sonra komissiya seçki kampaniyasına start veri

Saytların yığılması Saytlarin yigilmasi

Türkmənistanın Mərkəzi Seçki Komissiyası vaxtından əvvəl prezident seçkisinin birinci mərhələsinə başlayıb. Sərt nəzarət altında olan bu Orta Asiya ölkəsində qeydiyyatdan keçmiş üç siyasi partiyadan namizədlərin irəli sürülməsi prosesidir.

Avtoritar lider Qurbanquli Berdiməhəmmədov istefa planını açıqlayandan üç gün sonra komissiya seçki kampaniyasına start verib.

Siyasi partiyalar

Qeydiyyatdan keçmiş partiyalar hakim Türkmənistan Demokratik Partiyası və hakim partiyaya sadiq digər iki partiyadır – Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası. Ölkədə əsl müxalifət partiyası yoxdur və mövcud partiyalar Berdiməhəmmədovu dəstəkləyir.

Martın 12-də vaxtından əvvəl prezident seçkisinin keçiriləcəyi fevralın 12-də açıqlanıb. Berdiməhəmmədov parlamentin yuxarı palatasının fövqəladə iclasında deyib ki, hakimiyyət “gənc liderlər”ə təhvil verilə bilər deyə, o, kənara çəkilmək niyyətindədir. Bir çox müşahidəçilər bunu prezidentin hakimiyyəti oğlu Sərdara ötürmək istəməsi kimi yozurlar.

Sərdar siyasət meydanında

Berdiməhəmmədovun hakimiyyəti oğlu Sərdara təhvil vermək istəməsi haqda bir ildir şayiələr dolaşır. Oğul sentyabrda 40 yaşına çatıb və artıq konstitusiya onun prezident olmasına imkan verir.

Sərdar Berdiməhəmmədov siyasi meydana ötən il atılıb, biri baş nazirin müavini olmaqla bir neçə rəsmi vəzifəyə təyin edilib. O həmçinin Dövlət Təhlükəsizlik Şurasının üzvüdür.

Hakimiyyətə keçəcəyi halda o, nəhəng enerji resursları, təbii qaz ehtiyatlarına baxmayaraq, Avrasiyada ən yoxsul ölkələrindən birini idarə edəcək.

Ata Berdiməhəmmədov hakimiyyətə 2006-cı ildə, uzun müddət prezident olmuş Saparmurad Niyazovun ölümündən sonra gəlib. O, parlamentin iclasından nə vaxt istefaya gedəcəyini açıqlamayıb.

İnsan haqları qrupları Türkmənistanın 1991-ci ildə dağılmış Sovet İttifaqından müstəqillik əldə edəndən sonra bircə dəfə də olsun azad və ədalətli seçki keçirmədiyini bildirir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button