Now Reading:
“Twitter” İŞİD-lə bağlı 400 minə yaxın səhifəni bağlayıb

“Twitter” İŞİD-lə bağlı 400 minə yaxın səhifəni bağlayıb

“Twitter” mikrobloqu son il ərzində İŞİD-lə bağlılığı olan 400 minə yaxın səhifəni bağlayıb.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Açıqlamada bildirilir ki, İŞİD əleyhinə kontentlər daha çox yayılmağa başlayıb və şəbəkə artıq terrorçuların öz sıralarına adam cəlb etməsi üçün etibarlı deyil.

 

Qeyd edək ki, terrorçuların sosial şəbəkələrdə apardığı təbliğatın qarşısını almaq üçün son il ərzində bir sıra addımlar atılıb. ABŞ hökumətinin nümayəndələri bu mövzuda “Twitter”, “Facebook”, “Google” təmsilçiləri ilə dəfələrlə görüş keçiriblər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.