2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Twitter Maskdan yazan jurnalistlərin hesablarını bağlayır

Twitter bu sosial platformadan və onun yeni sahibi İlon Maskdan (Elon Musk) yazan jurnalistlərin hesablarını bağlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin jurnalistlər arasında The New York Times, Washington Post, CNN, Voice of America (Amerikanın Səsi) və digər media orqanları üçün işləyən reportyorlar var.

“Associated Press” yazır ki, şirkət jurnalistlərə hesablarını niyə bağladığını izah etməyib, onların profilləri, indiyədək yazdıqları tvitlər yoxa çıxıb.

Mask isə dünən – dekabrın 15-də Twitter-də jurnalistləri onun yeri haqda özəl informasiyanı paylaşmaqda suçlayıb, bunu “əsasən sui-qəsd koordinatları” adlandırıb. Ancaq milyarder iddiasını əsaslandırmayıb.

Reportyorların hesabları bağlanmazdan öncə Mask onun şəxsi təyyarəsinin uçuşlarını açıq data əsasında avtomatik izləyən hesabı birdəfəlik bağlayıb. Twitter həmçinin istifadəçilərin digər şəxsin razılığı olmadan onun olduğu yeri paylaşması qaydalarını dəyişib.

Elə dünən hesabı bağlanan reportyorların bəziləri sosial şəbəkənin bu yeni qaydaları, Maskın bunu hansı məntiqlə tətbiq etməsi haqda yazıb.

“Eyni doksinq (şəxsi informasiyaların internetdə qanunsuz paylaşılması – red.) qaydaları hamı kimi ‘jurnalistlərə’ də aiddir. Bütün günü məni tənqid etmək yaxşıdır, ancaq olduğum yeri yaymaqla ailəmə təhlükə yaratmaq yox”, – Mask tvitində yazıb.

“Washington Post” icraedici redaktoru Salli Bazbi (Sally Buzbee) texnologiya reportyoru Dru Harvelin (Drew Harwell) Twitter hesabının dərhal bərpa olunmasına çağırıb. O yazıb ki, hesabın bağlanması “İlon Maskın Twitter-i azad söz platformsına çevirmək iddiasına birbaşa zərbə vurur”. Redaktor əməkdaşın hesabının xəbərdarlıq olunmadan bağlandığını bildirib.

CNN isə bəyanatında qeyd edib ki, “bir sıra reportyorların, o cümlədən CNN-dən Doni O’Sallivanın (Donie O’Sullivan) hesablarının impulsiv və əsaslandırılmamış şəkildə bağlanması narahatlıq doğurur, amma təəccüblü deyil”.

“Twitter-in artan sabitsizliyi və dəyişkənliyi bu platformadan istifadə edən hər kəsi narahat etməlidir. Twitter-dən izahat istəmişik, həmin cavaba əsasən münasibətimizi yenidən dəyərləndirəcəyik”, – CNN-in bəyanatında deyilir.

ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi də hesabların bağlanmasından narahatlığını bildirib.

“Əgər bunun jurnalistlərin işinə cavab olaraq edildiyi təsdiqlənsə, jurnalistlərin əvəzçıxma qorxusu olmadan xəbər vermək hüququnun ciddi pozulması sayılar”, – qrup bildirib.

24 saat” “
Twitter Maskdan yazan jurnalistlərin hesablarını bağlayır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button