2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Twitter Rusiya qanunları ilə işləməyə razılıq verib?

AzadlıqRadiosunun müxbiri Mike Eckel Rusiya mediasına nəzarət edən Roskomnadzorun bəyanatına istinadən yazır ki, Twitter Rusiya istifadəçilərinə aid bəzi məlumatların Rusiyanın ərazisindəki serverlərdə yerləşdirilməsinə razılıq verib.

Sosial media platformasının bu addımı onun Rusiya ərazisində Rusiya qanunları ilə fəaliyyətini təmin etsə də, istifadəçilərin şəxsi sirlərinin qorunmasına və onların izlənməsi mümkünlüyünə dair narahatlıqları artıracaq.

Saytların yığılması Saytlarin yigilmasi

Roskomnadzor aprelin 19-da bildirib ki, “Twitter hazırda onun müştərisi olan Rusiya vətəndaşlarına və təşkilatlarına aid hansı məlumatların Rusiya Federasiyasında yerləşdirilməsi məsələsini müəyyən etmək prosesisindədir”.

Rusiya dövlət gözətçisi Twitter-in ictimai siyasət və kommunikasiya rəsmisi Sinead McSweeney-ə isitnadən bildirib ki, şirkət prosesin nəticəsi barədə 2018-ci ilin ortalarınadək məlumat verəcək.

Kaliforniyada mənzillənən şirkət bu xəbər barədə şərh verməkdən imtina edib.

Twitter-in iddia olunan bu qərarından ikiil əvvəl qüvvəyə minmiş qanuna əsasən Rusiya və xarici şirkətlər Rusiya vətəndaşları olan müştərilərə aid məlumatı Rusiya ərazisindəki serverlərdə saxlamalıdırlar.

İnsan haqları müdafiəçiləri narahatdırlar ki, sözü gedən qanun Rusiyada ictimai debat üçün yeganə azad platforma olan interneti məhdudlaşdıra bilər.

Prezident Vladimir Putin bir vaxtlar interneti “ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin layihəsi” adlandırıb.

Qanunun müddaəlarına görə onu pozanlar Roskomnadzorun təqdimatı ilə məhkəmə qərarına əsasən “qara siyahıya” salına və ya 5 min dollar cərimə oluna bilərlər.

Roskomnadzor habelə provayderlərə qanunu pozanların internetə çıxışının bloklanmasını tələb edə bilər.

Roskomnadzor ötən ilin noyabrında LinkedIn saytını məhz qanunu pozduğuna görə bloklayıb.

Rusiya hakimiyyəti son illərdə medianın birbaşa senzurasına keçib.

Mart ayının axırlarında Rusiyanın baş prokurorluğu Roskomnadzordan YouTube saytına yüklənən videoların, habelə populyar Live Journal blogger saytının və VK sosial şəbəkəsinin bloklanmasını tələb edib.

Sözü gedən saytlar müxalifətçi Aleksey Navalnının antikorrupsiya nümayişlərinə aid materialları yerləşdirmişdilər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button