2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Twitter Rusiyanın iki media şirkətindən reklamları qadağan edib

Twitter Rusiyanın iki dövlət media qurumu – Russia Today (RT) və Sputnik-dən verilən reklamları qadağan edib.

Buna əsas ABŞ kəşfiyyatının bu iki media qurumunun ABŞ seçkisinə müdaxilədə iştirak etməsinə dair iddialarıdır.

San Fransiskoda mənzillənmiş sosial media şirkəti oktyabrın 26-da yaydığı bəyanatda bildirib ki, seçki müdaxiləsi, “Twitter-in öz saytında görmək istədiyi bir şey deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

Twitter ötən ay bildirmişdi ki, ABŞ seçkisinə təbliğatla müdaxilə edilməsi iddialarına dair aparılan təhqiqat çərçivəsində Rusiyaya bağlı 200 hesabı qapadıb.

Facebook və Google bu yaxınlarda bəyan etmişdi ki, Rusiya əməliyyatçıları olduğu düşünlən şəxslərreklam platformaları alaraq bölücü siyasi məzmunlu postlar yayıb.

RT öz saytında dərc etdiyi bəyanatda bildirir ki, şirkət internetdə heç bir qanunsuz əməllə məşğul olmayıb və ABŞ seçkisinə müdaxilə məqsədilə Twitter də daxil heç bir platformadan istifadə etməyib.

Sputnik Twitter-in qərarı ilə bağlı hələlik şərh verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button