2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Üç hərbçi tapılıb.Birinin axtarışı isə davam edir

Bakı/29.01.22Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbilə Azərbaycanın dörd hərbi qulluqçusu – baş leytenant Fuad Bağırov, kiçik çavuş Cavad Hüseynov, əsgər Maşalla Hüseynov və əsgər Yasin Kərimov ərazidə istiqaməti itirərək azıblar. Müdafiə Nazirliyinin bu hadisə ilə bağlı yaydığı məlumatda belə deyilir.

Məlumata görə hərbi qulluqçuların tapılması məqsədilə tədbirlərə başlanılıb.

“Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir”, deyə məlumatda vurğulanır.-05D-

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button