Loading...
Loading...
SEÇMƏ

Üç inanclı fəalın divara yazılan şüara görə saxlanıldığı deyilir

Yaxınları onların yeri haqda məlumatsızdır

Üç inanclı fəalın – Yasin Əhmədov, Vüqar Əliyev və Nicat Əliyevin yaxınları onların iyunun 18-dən yoxa çıxdığını deyir. Bu barədə Meydan TV-yə məlumat verən ailə üzvlərinin sözlərinə görə, iyunun 18-də hüquq-mühafizə orqanlarına müraciət etsələr də, onların yeri haqda heç bir məlumat ala bilməyiblər.

İyunun 19-da öyrəniblər ki, Yasin Əhmədova Sumqayıt Şəhər Məhkəməsinin qərarıyla 10 sutka inzibati həbs cəzası verilib.

qar və Nicat Əliyevlərin yaxınları isə onların Sumqayıtdakı polis bölmələrindən birində olması haqda məlumat əldə ediblər.

Adları çəkilən inanclı fəalların yaxınları onların Sumqayıtda divara yazılmış “Allahı söyənlərə cəza” şuarına görə saxlandığını iddia edir. Həmin şüarı divara bu gənclərin yazdığı iddia olunur.

“Nicat Əliyevi yaşadığı Masazır qəsəbəsindən iyunun 18-də polislər aparıb. Yeri haqda ailəsinə heç bir məlumat verilməyib. Nicatın atası ağır xəstədir, onu xəstəxanaya aparmışdı. Evə gələndə qapıdan aparıblar. Yaşlı anası iki gün polis idarələrində oğlunu axtarıb”, – yaxınları Meydan TV-yə belə deyib.

Saxlanılan inanclı fəalların Müsəlman Birliyi Hərəkatının üzvü olduğu bildirilir.

İnanclı gənclərin saxlanma səbəbləri, onların yeri haqda yaxınlarının dediklərinə qeyri-iş günü olduğuna görə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Hərəkatın həbsdə olan sədri, ilahiyyatçı Taleh Bağırzadə iyunun 3-dən aclıq aksiyasına başladığını açıqlayıb. O bildirib ki, inanclı şəxslərin polis idarələrində işgəncəyə məruz qalması və bu zaman Allahın da təhqir olunmasına etiraz olaraq aclığa başlayır və tələbi bu hərəkətlərə yol verən şəxslərin cəzalandırılmasıdır.

Penitensiar Xidmət Taleh Bağırzadə və ondan sonra aclıq aksiyasına qoşulan həbsdəki başqa inanclılarla bağlı deyilənlərə münasibət bildirməyib.

Daxili İşlər Nazirliyi isə Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncə və təhqirlərə məruz qalması haqda şikayətlərin əsassız olduğunu bəyan edib.

Müsəlman Birliyi Hərəkatının 5 üzvü mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hərəkatın başqa bir fəalı Razi Abbasova Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunduğu gün məhkəmənin qarşısında saxlanılıb. Onlardan üçünə polisə müqavimət ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilib, digər iki nəfər isə həmin gün gecə saatlarında buraxılıb. Onlar gün ərzində işgəncələrə məruz qaldıqlarını, şalvarlarının çıxarılaraq, zorlanmaqla hədələndiklərini bildiriblər.

Meydan TV

Gözdən qaçırmayın:  İran şahının “Ağ inqilab”ı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button