2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Üç məmurun banketində qalmaqal: AZAL şefi 100 manatlıq menyudan şikayətləndi və…

Bakıda məşhur hotellərin birində oliqarx-məmurlar ziyafət verib. 24saat.org-a mötəbər mənbədən daxil olan məlumata görə, məclisdə AZAL prezidenti Cahangir Əsgərov, Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanov, gənclər və idman naziri Azad Rəhimov birlikdə iştirak ediblər.

Hotelin adı redaksiyamıza bəlli olsa da, həm etika, həm reklam olmasın deyə açıqlamırıq. Mənbə qeyd edir ki, oliqarx-məmurların ziyafətində banketin qiyməti adambaşına 100 manat olub. Məclisdə xeyli sayda tanınmış şəxslər və xarici qonaqlar da iştirak edib.
Qaynağımız qeyd edir ki, beynəlxalq bir idman yarışının yekunlaşmasından sonra banket təşkil olunub. İddia olunur ki, AZAL şefi menyudan narazılıq edib və ofisianta irad tutub.

O, tələb edib ki, daha yaxşı yeməklər gətirilsin. Bundan sonra meynudan kənar hotelin restoranındakı naz-nemətlər süfrəyə düzülüb. Əldə etdiyimiz xəbərə görə, bunun qarşılığına böyük bir hesab ödənilib.

Məclis iştirakçıları da C.Əsgərovun ofisianta irad tutmasının şahidi olublar. Amma təbii ki, ortalığa bir sükut çöküb və sonra yenidən söhbət canlanıb. İddia görə, AZAL şefinin xaraktercə restoranlarda tez-tez irad tutan məmur kimi tanınır.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, 2013-cü il avqustun 28-də Milli Şuranın təmsilçiləri – prezidentliyə namizəd Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və MŞ İcra Aparatının rəhbəri Eldar Namazov “Landmark”da Qərb ölkələrinin Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndələri ilə görüş keçirən zaman da C. Əsgərovun adı restoran qalmaqalında hallanmışdı. “Landmark”ın 9-cu mərtəbəsində yerləşən restoranda baş tutan görüşdən başa çatan ərəfədə AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərov cangüdənləri və bir neçə nəfər əcnəbi qonağı ilə birlikdə həmin restorana daxil olduqda Milli Şura təmsilçilərini görüb özünü obyektin sahibi kimi apararaq, administratoru çağırıb və danlamağa başlamışdı.

Tərəflərin mövqeyini dinləməyə hazırıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button