Now Reading:
Ucadan danışmağın bədəli…

Jurnalist Əfqan Muxtarlının 6 illik həbsə məhkum edilməsini İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq (International Partnership for Human Rights -IPHR) da pisləyir.

“Görünür, Azərbaycan hakimiyyətinin narazıları əzməkdən ötrü atmağa hazır olduğu addımların hüdudu yoxdur. İndi Əfqan da yalnız danışmağa cəsarət etdiyinə görə həbs cəzası çəkən onlarla jurnalistin, bloqqerin, insan haqları müdafiəçisinin sırasına qoşulub”, – qurumun direktoru Brigitte Dufour deyib.

Tərəfdaşlığın yaydığı açıqlamada jurnalistin Azərbaycan Müdafiə Nazirliyi, eləcə də Milli Təhlükəsizlik Nazirliyi barədə yazdığı məqalələrə toxunulur. Qeyd olunur ki, Gürcüstanda oğurlanmamışdan Əfqan prezident İlham Əliyevin ailəsinin maliyyə investisiyaları barədə məqalə üzərində işləyirmiş.

“İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq Əfqan Muxtarlının ədalətsiz yerə məhkum edilməsindən dəhşətə gəlib və hakimiyyəti onu, eləcə də siyasi motivlərlə həbs cəzası çəkən digər jurnalistləri və insan haqları müdafiəçilərini dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırq”, – bəyanatda deyilir.

Qeyd edək ki, hakimiyyət ölkədə heç kəsin siyasi motivlərlə cəza çəkmədiyini, fərdlərin konkret ittihamlarla həbsə məhkum edildiyini bildirir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.