2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ucarda ər arvadını baltalayıb

Ucar rayonunda ər arvadını baltalayıb. Hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib.
Belə ki, rayonun Bağbanlı kənd sakini, 1956-cı il təvəllüdlü Məhərrəm Mahmudov ailə münaqişəsi zəmnində arvadı 1966-cı il təvəllüdlü Şamama Mahmudovanın bel və baş nayihələrinə balta ilə bir neçə zərbə vurub.
Əraziyə Ucar rayon təcili yardım briqadası çağırılıb. Yaralı Ş.Mahmudova Ucar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Xəstəxananın şöbə müdiri Cavanşır Vəzirov “Report”un yerli bürosuna bildirib ki, yaralının vəziyyəti ağırdır.
Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib.
Hadisəni törədən M.Mahmudov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Report

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button