2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Uçuş zamanı yuxuya gedən pilotlar üçün qərar verilib

class=”mediyanet-inline-adv”>

İndoneziyada Batik Hava Yollarına məxsus sərnişin təyyarəsinin kokpitində kapitan pilot və ikinci pilotun yuxuya getməsi ölkədə gündəm mövzusuna çevrilib. İndoneziya Nəqliyyat Nazirliyi pilotların uçuş zamanı 28 dəqiqə yatması ilə bağlı aviaşirkətə qarşı araşdırma başlatdı. Aviaşirkət 2 pilotun müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

NƏ OLUB?

Saytların yığılması Saytlarin yigilmasi

Yanvarın 25-də İndoneziyanın Kendari şəhərindən paytaxt Cakartaya gedən və göyərtəsində 153 sərnişin olan Airbus A320 tipli təyyarənin pilotları hava hərəkəti dispetçerinə cavab verməyib. Sonuncu əlaqədən 28 dəqiqə sonra təyyarənin pilotu idarəetmə mərkəzi ilə əlaqə saxlayıb. Pilot idarəetmə mərkəzinə radio rabitə problemi olduğunu və problemin aradan qaldırıldığını bildirib.

Hadisədən sonra aparılan araşdırmada hər iki pilotun uçuş zamanı yuxuya getdiyi məlum olub. Havaya qalxandan təxminən yarım saat sonra kapitan pilot yorğun olduğunu və dincəlmək istədiyini bildirərək, təyyarəyə nəzarəti ikinci pilota təhvil verib. Lakin ikinci pilot da bu zaman qeyri-ixtiyari yuxuya gedib. Bu səbəbdən təyyarə dəqiqələrlə öz marşrutundan yayınıb. Daha sonra kapitan pilot ayıldı və qüllə ilə əlaqə saxladı.

İkinci pilot səlahiyyətlilərlə görüşündə bir aylıq əkiz körpələrinin olduğunu və gecələr yuxudan oyanmaq məcburiyyətində olduğunu və kifayət qədər dincələ bilmədiyini bildirib.

Təyyarə heç bir mənfi hadisə olmadan təhlükəsiz yerə enib.

2024-03-11 16:17:43

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button