Gündəmİdman

UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək

2018-2019 mövsümündə futbol üzrə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək.
“Marca” qəzetinin verdiyi məlumata görə, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Çempionlar Liqasının final görüşü isə İspaniyanın Madrid şəhərində yerləşən “Metropolitano” stadionunda baş tutacaq.
UEFA prezidenti Aleksander Çeferin rəsmi qərarı saat 19:30-da keçirəcəyi mətbuat konfransında açıqlayacaq.
Qeyd edək ki, təməli 2011-ci il iyunun 6-da qoyulmuş BOS-un açılış mərasimi 2015-ci il martın 6-da keçirilib. UEFA-ya göndərilmiş sifariş ərizəsində stadionun tamaşaçı tutumu 70 055 nəfər göstərilib.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close