2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

UEFA Bakıda həlledici oyunların yerini dəyişdirdi

Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının yarımfinal və final oyunlarının məkanı dəyişdirilib.

ANS PRESS-in məlumatına görə, UEFA-nın tövsiyəsinə əsasən yarımfinal oyunları “Dalğa Arena”da, final qarşılaşması isə “8-ci km” qəsəbə stadionunda keçiriləcək.

Yarımfinal və final matçlarının məkanının dəyişdirilməsi azarkeş tutumu ilə bağlı olub. Qitə futbol qurumu bu cür turnirlərin həlledici görüşlərində ajiotaj yaranması istədiyi üçün son qarşılaşmaların daha az tutumlu stadionlarda keçirilməsini qərara alıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Dalğa Arena”

“UEFA U-17” çempionatının Azərbaycanda təşkil olunması barədə qərar UEFA İcraiyyə Komitəsinin 2012-ci il martın 20-də Türkiyənin İstanbul şəhərində keçirilmiş iclasında qəbul olunub.

“UEFA U-17” Avropa çempionatının oyunları Bakıda yerləşən 4 stadionda keçiriləcək. Açılış oyunu, yarımfinal qarşılaşmaları və final matçı Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Suraxanı qəsəbəsindəki “Qarabağ” stadionunda yalnız qrup oyunları keçiriləcək. Burada 6 oyun olacaq. 8-ci Kilometr stadionunda 8 (2-si 1/4 final qarşılaşması olmaqla), “Dalğa Arena”da 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Bakı Olimpiya Stadionunda isə 9 oyun təşkil olunacaq. Yarımfinal matçları mayın 18-də, final oyunu mayın 21-də baş tutacaq.

Avropa çempionatının təqvimi

III tur

11 may

A qrupu

Azərbaycan –Şotlandiya

Belçika  – Portuqaliya

B qrupu

Ukrayna – Bosniya və Herseqovina

Avstriya – Almaniya

12 may

C qrupu

Fransa – İsveç

İngiltərə – Danimarka

D qrupu

İtaliya – İspaniya

Serbiya – Hollandiya

1/4 final

14 may

1. A1 – B2

2. B1-  A2

15 may

3. C1 – D2

4. D1 – C2

1/2 final

18 may

1-ci cütün qalibi – 3-cü cütün qalibi

2-ci cütün qalibi – 3-cü cütün qalibi

Final

21 may

Turnir mayın 5-dən 21-nə qədər davam edəcək. Çempionatda 1999-cu il təvəllüdlü futbolçular oynaya bilər. Böyük futboldan fərqli olaraq matçın hissələri 40 dəqiqədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button