2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

UEFA Çempionlar Liqası necə keçiriləcək?

UEFA Çempionlar Liqasının 2022-2023 mövsümünə 78 komandanın buraxılması nəzərdə tutulub. Onların 58-i məlumdur.

İlkin mərhələyə (21-24 iyun) İslandiyadan “Vikinqur”, Estoniyadan “Levadiya” vəsiqə alıb.

Birinci mərhələdə (5-13 iyul) Norveçdən “Bode-Qlimt”, İsveçdən “Malmö”, Bolqarıstandan “Ludoqorets”, Azərbaycandan “Qarabağ”, Qazaxıstandan “Tobol”, Macarıstandan “Ferensvaroş”, Belarusdan “Şaxtyor”, Slovakiyadan “Slovan”, Litvadan “Jalgiris” (Vilnüs), Bosniyadan “Zrinski”, İrlandiyadan “Şemrok Rovers”, Şimali Makedoniyadan “Şkupi”, Latviyadan RFS, Albaniyadan “Tirana”, Şimali İrlandiyadan “Linfild”, Gürcüstandan “Dinamo” (Batumi), Finlandiyadan HİK, Moldovadan “Şerif”, Maltadan “Hibernians”, Farer adalarından “Klaksvik”, Kosovodan “Balkani”, Cəbəllütariqdən “Linkoln”, Monteneqrodan “Sutyeska”, Uelsdən “Nyu Sents” yer alır.

Saytların yığılması Saytlarin yigilmasi

İkinci mərhələdə (19-27 iyul) liqalar yolu ilə Ukraynadan “Dinamo”, çempionlar yolu ilə Çexiyadan “Viktoriya”, İsveçrədən “Sürix”, Yunanıstandan “Olimpiakos” var.

Üçüncü mərhələyə (2-9 avqust) liqalar yolu ilə Portuqaliyadan “Benfika”, Niderlanddan PSV, Avstriyadan “Şturm”, Şotlandiyadan “Reyncers” buraxılıb.

Dördüncü mərhələyə (16-24 avqust) Türkiyədən “Trabzonspor” düşüb.

Qrup mərhələsinə (6 sentyabr-2 noyabr) bu komandalar bilet alıb: İngiltərədən “Mançester Siti”, “Liverpul”, İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, İtaliyadan “Milan”, “İnter”, “Napoli”, “Yuventus”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), “Bayer”, Fransadan PSJ, Portuqaliyadan “Portu”, “Sportinq”, Niderlanddan “Ayaks”, Avstriyadan “Zalsburq”, Şotlandiyadan “Seltik”, Ukraynadan “Şaxtyor”.

Belçikadan “Brügge”, Danimarkadan “Kopenhagen”, “Midtülland”, Kiprdən “Apollon”un turnirə hansı mərhələdən qoşulacağı hələ bilinmir.

Azərbaycan təmsilçisi “Qarabağ”a birinci mərhələdə Belarusdan “Şaxtyor”, Monteneqrodan “Sutyeska”, Farer adalarından “Klaksvik”, Maltadan “Hibernians”, Qazaxıstandan “Tobol”, Şimali Makedoniyadan “Şkupi”, Latviyadan RFS, Gürcüstandan “Dinamo” (Batumi), Albaniyadan “Tirana”, Kosovodan “Balkani” rəqib ola bilər. Potensial rəqiblər sırasında ilkin təsnifat mərhələsinin iştirakçıları da var: İslandiyadan “Vikinqur”, Estoniyadan “Levadiya”.

İkinci mərhələnin bir mümkün rəqibi bəllidir: İsveçrədən “Sürix”.

Üçüncü mərhələni keçəcəyi halda Azərbaycan təmsilçisinə dördüncü mərhələdə Türkiyədən “Trabzonspor”un qismət olması mümkündür.

İlkin, birinci mərhələlərdə ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərdə ələnən, qruplarda üçüncü yeri tutan komandalar Avropa Liqasına köç edəcək.

24 saat” “UEFA Çempionlar Liqası necə keçiriləcək?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button