2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

UEFA Konfrans Liqası: “Roma” və “Feyenoord” finalda

Futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Bununla finala vəsiqə qazanan komandalar bəlli olub.

Turnirin favoritlərindən “Roma” İtaliyada İngiltərə “Lester”ini minimal hesabla məğlub edib. Yeganə qolu 11-ci dəqiqədə Temmi Abraham vurub. Lesterdəki ilk qarşılaşmada heç-heçə qeydə alındığından, “canavarlar” iki oyunun nəticəsinə əsasən mərhələ adlayıblar.

Digər cavab oyununda isə Niderland “Feyenoord”u Fransada “Marsel”lə üz-üzə gəlib. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Rotterdam təmsilçisi səfərdə qolsuz heç-heçəyə nail olaraq, finala yüksəlib.

Saytların yığılması Saytlarin yigilmasi

“Marsel” turnirin pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

UEFA Konfrans Liqası, yarımfinal

Cavab oyunları

5 may

23:00. “Roma” (İtaliya) – “Lester” (İngiltərə) – 1:0

Qol: Temmi Abraham, 11

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Roma, “Olimpiko” stadionu

İlk oyun – 1:1.

23:00. “Marsel” (Fransa) – “Feyenoord” (Niderland) – 0:0

Baş hakim: Sandro Şerer (İsveçrə)

Marsel, “Velodrom” stadionu

İlk oyun – 2:3

Qeyd edək ki, Konfrans Liqasında final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.

24 saat” “UEFA Konfrans Liqası: “Roma” və “Feyenoord” finalda” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button