Now Reading:
Uğursuzluğa düçar olmuş müxalifət

Erməni izi haqqında növbəti şablon

 

Azərbaycan Baş Prokurorluğu və DİN mayın 26-da bir qrup şəxsin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının cinayətkarlıq yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması ittihamı ilə həbs edildiyini bildirib. Bəyanat müəllifləri cinayətkar yolun nə olduğunu açıqlamır.

Bu barədə “Turan” informasiya agentliyinin analitik yazısında qeyd olunub.

Yazıda xatırladılır ki, AXCP-yə vəsait ötürən əsas şəxs kimi Rusiya və Azərbaycan vətəndaşı, 1992-93-cü illərdə Elçibəyin hakimiyyəti dövründə Gədəbəy rayonunun icra başçısı olan Saleh Rüstəmov göstərilir.

İstintaqın məlumatına görə, müxtəlif illərdə 412 min dollar ölçüsündə vəsaiti alan əsas şəxs AXCP sədri Əli Kərimlidir.

Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy CM-in 192.3.2 (qanunsuz sahibkarlıq, böyük ölçüdə gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (mütəşəkkil qrupun tərkibində cinayətkar yolla əldə edilmiş pulların leqallaşdırılması) və 193-1.3.2 (eyni əməllər böyük ölçüdə törədildikdə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

S.Rüstəmov və V.Rüstəmli müvafiq olaraq mayın 8-də və 10-da həbs edilib və əvvəlcə qanunsuz narkotik dövriyyəsində ittiham olunub.

Əli Kərimli Baş Prokurorluğun və DİN-in məlumatında səslənən partiyanın çirkli pulların yuyulması hesabına maliyyələşdirilməsi ittihamlarını təkzib edib.

Kərimli bildirib ki, Saleh Rüstəmov onu dostudur və həqiqətən ona bir neçə il ərzində ümumilikdə təxminən 5 min dollar pul göndərib.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bu məsələ ilə bağlı bəyanatında bildirib ki, vəsait siyasi məhbuslara və onların ailələrinə dəstək göstərilməsinə, vəkil xidmətlərinin ödənilməsinə xərclənib.

Siyasi əsaslar

Analitik yazıda qeyd olunur ki, əvvəlki və sonrakı hadisələr, Baş Prokurorluğun və DİN-in bəyanatlarının xarakteri mayın 26-da elan edilmiş cinayət işinin siyasi motivli olduğunu və barışmaz siyasi təşkilat kimi AXCP-ni məhv etmək məqsədi güdür.

“Faktlar zəncirini tədqiq edək.

1. Saleh Rüstəmov mayın 8-də həbs edilib və indiyədək Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində saxlanılır, bu da qanunvericiliyin ən kobud şəkildə pozulmasıdır. O, təcrid edilib, dindirmə onun istədiyi vəkilin iştirakı olmadan keçirilib. Vəkil dövlət tərəfindən təyin edilib. İfadələrin işgəncə altında alındığı bildirilir. Rüstəmovun videomüraciətləri ictimaiyyətə təqdim edilməyib, bu, onun fiziki səbəblərdən ictimaiyyət qarşısına çıxa bilmədiyini göstərə bilər. Aydındır ki, bu cür ifadələr qanunun aliliyinə riayət olunan istənilən ölkədə qanuni hesab oluna bilməz.

2. AXCP-ni vəsaitlərin yuyulmasında və qanunsuz maliyyələşməkdə ittiham etmək cəhdləri müntəzəm olaraq edilib. 2012-ci ilin martında Kərimlinin qaynı Elnur Seyidov maliyyə fırıldaqlarında ittiham edilərək həbs edilib. 2017-ci ilin mayında AXCP sədr müavini Gözəl Bayramlı guya Gürcüstandan 10 min dollar gətirmək cəhdinə görə həbs edilib. Eyni zamanda Gürcüstanda Lanseti klinikasının təsisçisi Fərman Ceyranlıya qarşı cinayət işi açılır. KİV yazırdı ki, həbsin əsl səbəbi guya onun AXCP-yə maliyyə yardımı göstərməsidir.

3. 2016-cı ilin avqustunda AXCP sədrinin köməkçisi Faiq Əmirov və partiya fəalı Fuad Əhmədli həbs edilib. Həmin vaxt Əli Kərimli də həbsinin gözlənildiyini bildirmişdi. Hökumətyönlü KİV-lər AXCP-ni Azərbaycanda “gülənçilərin” nüvəsi adlandırırdı, baxmayaraq ki, dövlət funksionerləri, o cümlədən prezident administrasiyası gülənçilərlə işləyirdi. Mövcu iyulun 15-də Türkiyədə çevriliş cəhdindən və iyulun 17-nə Azərbaycanda konstitusiyaya dəyişikliklər haqqında referendum elan edilməsindən sonra ortaya çıxdı. Sonuncu faktı AXCP-nin referendum zamanı zərərsizləşdirilməsi üçün ona qarşı hücuma keçməkdə həlledici fakt adlandırmaq olar.

4. 2005-ci ildə parlament seçkiləri ərəfəsində AXCP funksioneri Ruslan Bəşirlinin işi açılır, o, Azərbaycanda parlament seçkilərində müxalifəti dəstəkləmək üçün Tbilisidə 2,5 min dollar alarkən həbs edilib”.

Azərbaycan dueti

Yazıda bildirilir ki, AXCP-yə qarşı ittihamların siyasi səbəbi olduğunu mayın 26-na bir neçə gün qala rejissor və ssenari müəllifi Rüstəm İbrahimbəyova qarşı 2015-ci ildə ekranlara çıxmış “Qafqaz triosu” filminə görə qarayaxma kampaniyasının başlaması faktı da sübut edir.

“Guya bu filmdə azərbaycanlılar xoşagəlməz şəkildə təsvir edilib. Rejissoru ermənipərəstlikdə ittiham ediblər. İbrahimbəyovu tənqid edənlərin çoxu filmə baxmayıb. Ermənipərəstlik hakimiyyətin rəqiblərinə qarşı hər dəfə tətbiq etdiyi bayağı kartıdır.

Göründüyü kimi, İbrahimbəyovun işi Kərimlinin işinin müqəddiməsi idi, buna kampaniyanın gedişatı dəlalət edir:

1. Birinci mərhələdə İbrahimbəyov dövlət telekanallarında ssenari müəllifi və rejissor kimi obstruksiyaya məruz qoyuldu.

2. Daha sonra onun 2013-cü il prezident seçkiləri ərəfəsində rəhbərlik etdiyi Demokratik Qüvvələrin Milli Şurası ilə əlaqələri yada düşüb.

3. Kampaniyanın üçüncü günündə İbrahimbəyovun müxalifətlə birbaşa əlaqələri və müxalifətin onu müdafiə etmək iqtidarında və arzusunda olmadığı qeyd edilir.

KİV-in saxtakarlıqları

Bu birləşdirilmiş işin saxtalaşdırıldığını hökumət KİV-lərinin və hökumətyönlü KİV-lərin birtərəfli qaydada qarayaxma kampaniyası aparması göstərir. KİV, teleradioyayım haqqında qanuna zidd olaraq, qarşı tərəfə qanunla nəzərdə tutulmuş çıxış, auditoriya qarşısında öz mövqeyini açıqlamaq hüququ verilmir. Bu da Kərimlinin ərməni kontekstinə salınmış işinin siyasi sifariş olduğunu sübut edir.

Yalnız İbrahimbəyovun və Kərimlinin işini birbaşa əlaqələndirmək və onu erməni qüvvələrinin böyük sui-qəsdi kimi təqdim etmək qalır.

Rejimin rəqiblərinə ictimai dəstəyi azaltmaq, obstruksiyaya məruz qoyulan şəxslərlə mümkün ictimai həmrəylik addımlarının zərərsizləşdirilməsi üçün erməni izindən sxematik və müntəzəm şəkildə istifadə olunur.

Amma qeyd etmək lazımdır ki, rejimin uzun illər boyunca opponentlərin zərərsizləşdirilməsi üzrə təkrarladığı şablon auditoriya tərəfindən kifayət qədər tədqiq edilib və mənimsənilib. Bu mənada cəmiyyətin “hiyləgər müxalifət və erməniyönlü rejissor” arasında əlbirlik versiyasını qəbul edəcəyini və dəstəkləyəcəyini gözləməyə dəyməz”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.