2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ukrayana səfirliyinin rəsmisi partlayışla bağlı İran XİN-ə çağırılıb

Yayımlandı: 30 Yanvar 2023 18:33

Tehran Kiyevdən izahat tələb edir

Yanvarın 30-da Ukraynanın İran İslam Respublikasındakı səfirlyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Səbəb kimi Ukrayna Prezidentinin baş müşaviri Mixail Podolyakın İranın mərkəzindəki hərbi obyektə pilotsuz təyyarənin son hücumu ilə bağlı söylədiyi fikirlərdir.

İran mediası nazirlikdə ukraynalı diplomata rəsmi etiraz məktubu verildiyini yazır.

Bildirilir ki, İran Xarici İşlər Nazirliyi Ukrayna hökumətindən rəsmi izahat tələb edib:

“Müvəqqəti işlər vəkili ümid edib ki, Ukrayna hakimiyyəti bu cür şərhləri təkrar etməyəcək. Diplomat İranın etirazını öz hökumətinə çatdıracağını bildirib”.

Yanvarın 29-da Ukrayna Prezidenti Vladimir Zelenskinin baş müşaviri Mixail Podolyak “Twitter” hesabında İsfahandakı hərbi obyektə pilotsuz təyyarənin hücumundan sonra: “Ukrayna sizə xəbərdarlıq edib”, – deyə qeyd edib.

Dünən səhər saatlarında İran Müdafiə Nazirliyi hava hücumundan müdafiə bölmələrinin İsfahandakı hərbi emalatxanaya pilotsuz təyyarə hücumunun qarşısını aldığını bildirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button