2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna əsgərlərinin başını kəsən “Givi” ləqəbli polkovnik öldürüldü – VİDEO

Givi bu gün səhər saatlarında saat 06:12 radələrində öz kabinetində güllələnib
Ukrayanın Donestk bölgəsində öz qəddarlığı ilə ad çıxarmış Donetsk separatçılarının “Somali” batalyonunun tanınmış komandiri “Givi” ləqəbli Mixayil Tolstıx öldürülüb. Bizimyol.info Ukrayna mediasına istinadən xəbər verir ki, Givi bu gün səhər saatlarında saat 06:12 radələrində öz kabinetində güllələnib.
Qeyd edək ki, “Givi” Ukraynanın cənub-şərqində, qondarma “Donetsk xalq respublikasında” rusiyameylli separatçı qüvvələrin odioz komandiri idi.
“Givi” Rusiyanın dəstəklədiyi separatçıların ən qəddar və tanınmış komandirlərindən idi, onun batalyonu 2014-cü ildə Donetsk aeroportu uğrunda gedən döyüşlərdə iştirak edib. Bu döyüşlərdə Ukrayna ordusu ağır itkilər verib və aylarla davam edən döyüşlərdən sonra aeroportu tərk etməli olub.
Bizimyol.info “Givi” ləqəbli polkovnikin bəzi videolarını təqdim edir:

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button