2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ukrayna 108 qadını əsirlikdən azad edib

Yayımlandı: 17 Oktyabr 2022 22:39

Rusiya ilə Ukrayna arasında mübadilə aparılıb

Ukrayna 108 qadını rus əsirliyindən azad edib. Məlumatı Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak yayıb. Andrey Yermak ilk dəfə qadınların əsirlikdən azad edildiyini vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Prosesə təsir edə biləcək, onun gedişatını dəyişə biləcək həddən artıq çox təfərrüat və məqamlar var. Mübadilələrdə həmişə çoxlu risklər var ki, onları hazırlıq anından və prosesin özündən hesablamaq lazımdır. Komanda işçilərimizin hazır olmasından asılıdır”, – deyə o əlavə edib.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib ki, oktyabrın əvvəlində 24 mübadilə aparılıb və 808 nəfər Rusiya əsirliyindən geri qaytarılıb.

“Donetsk Xalq Respublikası”nın rəhbəri vəzifəsini icra edən Denis Puşilin məlumatı təsdiqləyib.

“Bu gün 110-a 110 formuluna əsasən mübadilə aparılıb. Biz Kiyevə əsasən qadınları veririk. Onlar isə 80 mülki dənizçi və 30 hərbçini qaytarıb”.

Sentyabrın 22-də əsir mübadiləsi çərçivəsində 55 əsgər, o cümlədən ukraynalı siyasətçi Viktor Medvedçuk Rusiyaya təhvil veilmişdi. Eyni zamanda, “Azov” batalyonunun 215 hərbçisi Kiyevə təhvil verilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button