Now Reading:
Ukrayna Ali Məhkəməsi Saakaşvilinin şikayətinə baxır

Bu dəqiqələrdə Ukrayna Ali Məhkəməsi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı iddia ərizəsi üzrə işə yenidən baxır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Saakaşvili Ukrayna vətəndaşlığının əlindən alınmasına dair Poroşenkonun verdiyi fərmanın qanunsuz olduğunu və ləğv edilməsini tələb edir. Budəfəki məhkəmə prosesində Saakaşvilinin şikayət ərizəsinə əsasən, şahidlər yenidən dindirilir.

Onların sırasında Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəisi Maksim Sokolyuk da var. Lakin məhkəmə Ukrayna prezidenti yanında Vətəndaşlıq üzrə komissiyanın üzvlərini dindirməkdən imtina edib. Məhkəmə əsas iştirakçıların – ittihamçı Saakaşvili ilə müdafiəçi Poroşenkonun da ifadələrini almaqdan imtina edib.

Qeyd edək ki, 2017-ci ilin iyulunda Poroşenko vətəndaşlıq üçün müraciət edərkən saxta məlumat və sənədlər təqdim etdiyinə görə, Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Nəticədə Saakaşvili Ukraynadan Polşaya readmissiya olunub. Hazırda isə o, Hollandiyadan siyasi sığınacaq alaraq orada yaşayır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.