2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Ukrayna atəşkəs pozuntularının artdığını deyir

Moskvanın ilhaq etdiyi Krımdan 10 hərbi təyyarənin çıxarıldığı bildirilir

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna fevralın 18-də bəyan edib ki, ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən atəşkəs pozuntularında qəfil artım qeydə alıb.

Ordunun hesabatına görə, son 24 saat ərzində atəşkəs 60 dəfə pozulub, bir əsgər yaralanıb. Separatçıların ağır artilleriya, minaatanlar və tankdan istifadə edərək 10-dan çox yaşayış məntəqəsini atəşə tutduğu bildirilir.

“Böyük provokasiya”

Prezident Volodimir Zelenski cəbhə xəttində hökumət qüvvələri ilə separatçılar arasında atışmada kəskin artımı “böyük provokasiya” adlandırıb.

Fevralın 18-də bir bağçanın atəşə tutulduğu, iki dinc sakinin yaralandığı bildirilir.

2014-cü ilin aprelindən Ukraynanın şərqində separatçılarla müharibədə azı 13 min 200 nəfər öldürülüb.

ABŞ-ın Dövlət katibi Entoni Blinken fevralın 17-də BMT-nin Təhlükəsizlik Şurasında deyib ki, Rusiya “müharibə cığırı ilə addımlayır” və Ukrayna ilə sərhəd yaxınlığına qoşun yığmanın səbəb olduğu böhranın yeganə məsuliyyətli yolu diplomatiyadır.

Rusiya qüvvələrin geri çəkildiyini bildirir

Rusiya isə sərhədə 100 mindən çox əsgər yığmasına baxmayaraq, qonşusuna qarşı işğal planı olmadığını deyir.

Müdafiə Nazirliyi fevralın 18-də bildirib ki, sərhəd yaxınlığından tank və digər zirehli texnikanın geri çəkməsi davam edir. Rusiya qüvvələrin hərbi təlimə görə cəmləşdirildiyini deyir.

Moskvanın ilhaq etdiyi Krımdan 10 hərbi təyyarənin çıxarıldığı qeyd edilir.

NATO və bir sıra Qərb ölkələri isə bu məlumatları “saxta” hesab edir, Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi gücünü artırdığını bildirir.

Rusiya ABŞ və NATO-dan təhlükəsizlik qarantiyaları tələb edir. Buraya Ukraynanın qərb alyansına üzvlüyünə qadağa, NATO-nun Mərkəzi və Şərqi Avropaya doğru irəliləməsinin dayandırılması da daxildir.

Lukaşenka Putinlə görüşəcək

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka fevralın 18-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib. İki ölkə hazırda birgə təlim keçir. Lukaşenka birgə hərbi qüvvələrlə bağlı “gələcək fəaliyyət”in müzakirə ediləcəyini deyib.

Fevralın 17-də birgə təlimlərin keçirildiyi Asipovitski hərbi sınaq meydançasına səfər edən Lukaşenka Rusiya qüvvələrinin manevrlərdən sonra ölkəni tərk etməyə başlayacağı haqda bir söz deməyib. Ancaq qeyd edib ki, “Belarusda Rusiya hərbi bazaları yaratmağa ehtiyac yoxdur”.

“Qərarlar sabah veriləcək”, – Lukaşenka Putinlə görüşünü nəzərdə tutaraq deyib.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov fevralın 17-də təlimlərin planlaşdırıldığı kimi, fevralın 20-də başa çatacağını deyib. Amma o da Rusiya qüvvələrinin bundan dərhal sonra Belarusu tərk edəcəyini söyləməyib.

NATO-nun şərq cinahı və Ukrayna ilə həmsərhəd Belarusda 30 min Rusiya əsgərinin iştirakıyla təlim keçirilir. Qərb Kremlin əsl niyyətindən narahatdır.

24 saat” “
Ukrayna atəşkəs pozuntularının artdığını deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button