2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ukrayna azərbaycanlıları AzTV sədrinə müraciət etdi “Əncam çəkin, əks halda…”

Ukraynada yaşayan bir qrup ziyalı Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova müraciət edib. Müracət müəllifləri AzTV-nin Ukrayna üzrə müxbiri Mövsüm Aslanovun hərəkətlərindən şikayətçidirlər. Müraciətdə deyilir: “Biz Ukraynada yaşayan ziyalılar, elm və iş adamlarını olduqca narahat edən bir məqam var. Bu da sizin rəhbərlik etdiyiniz telekanalın Ukrayna üzrə müxbiri Möhsüm Aslanovla bağlıdır. Olduqca dar çərçivədə və vur-tut bir nəfərin maraqlarına xidmət edən təmsilçinizin fəaliyyəti Ukraynada böyük narazılığa səbəb olub. Onun bir nəfərin maraqlarına xidmət etməsinin nəticəsidir ki, Ukraynada yaşayan və fəaliyyət göstərən azərbaycanlıların və diaspora təşkilatlarının tədbirləri işıqlandırılmır. Ən azı ona görə ki, Mövsüm Aslanovun öz siyasəti var. Bu da onun maddi maraqları ilə bağlıdır. Onun maraqları təmin olunsa belə, yenə də heç bir ofisi və tərəfdarı olmayan qaranlıq keçmişli Rövşən Tağıyevin təbliğiylə məşğuldur. Bir qədər əvvəl onların sərxoş halda kafedə dava salması nəinki AzTV müxbirinə, heç bir azərbaycanlıya yaraşan hərəkət deyildi. Qaranlıq keçmişi olan, qardaşı çirkli pulların yuyulmasına görə hazırda ev dustaqlığındadır, işi məhkəmədədir. Bu qara pullar Mövsüm Aslanovun gözünü bağlayıb”. Müraciət müəlliflərin dediyinə görə, vəziyyət o həddə çatıb ki, Aslanov diaspora arasında ayrı-seçkilik yaratmaqla bərabər, çox vaxt “Mən Bakıya pul verirəm”, “pulsuz heç nəyi çəkə bilmərəm” deyə AzTV rəhbərliyinin adından da istifadə edir. Müraciət imzalaynlar deyilənləri yerində aydınlaşdırmaq üçün Alışanovu Kiyevə dəvət də ediblər: “Sizi Ukraynada ən yüksək mövqe tutmuş azərbaycanlılarla görüşə çağırırıq. Gəlin, özünüz şahid olun. Və əsil həqiqətlərin nə olduğunu onlardan eşidin”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button