Loading...
Loading...
SEÇMƏ

Ukrayna Belarus və Rusiyanın milyard dollarlıq əmlakına həbs qoyub

Yayımlandı: 29 İyul 2022 11:36

Milli polis təxminən 27 milyard dollarlıq nəqliyyat vasitələrini müsadirə edib

Ukrayna Belarus və Rusiya şirkətlərinin milyard dollardan çox həcmdə əmlakına həbs qoyub,- Ukrayna Milli Polisinin Strateji Araşdırmalar Departamentindən xəbər verirlər.

Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı hücumu başlayandan beş ay müddətində məhkəmələr Rusiya və Belarus şirkətlərinin on milyardlarla qrivenlik aktivlərini həbs edib, bundan sonra onlar sırf dövlətimizin iqtisadiyyatına və bərpa olunmasına xərclənəcək”, – departamentdə bildiriblər.

Həbs olunan əmlakın ümumi həcmi 39,5 milyard qriven, yəni təxminən 1,06 milyard ABŞ dollarıdır.

Milli polis təxminən 27 milyard dollarlıq nəqliyyat vasitələrini müsadirə edib. Bundan başqa, qazma qurğuları, bankların qiymətli kağızları, aviamühərriklər, vaqonlar və on minlərlə ton yanacaq götürülüb.

Meydan TV

Gözdən qaçırmayın:  Keçmiş deputat: “Mən hüquq-mühafizə orqanlarında rüşvət vermədiyimə görə şikayətim ört-basdır edilir”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button