2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ukrayna Belarusa qarşı Avropa sanksiyalarını dəstəkləyəcək


Ukrayna parlamenti – Ali Rada Avropa İttifaqı tərəfindən Belarusa qarşı sanksiyalar qoyulmasını dəstəkləyib və avqustun 9-da Belarusda keçirilmiş prezident seçkisini “ədalətsiz” adlandırıb.

“Ukrayna parlamentinin Belarusdakı vəziyyətlə bağlı bəyanatı” adlanan qətnaməyə 228 millət vəkili səs verib:

“Biz Belarusda prezident seçkisinin qeyri-demokratik xarakterinə dair Avropa İttifaqının qiymətləndirməsinə qoşuluruq və seçki nəticələrinin saxtalaşdırılmasına, etirazçılara qarşı zorakılıq tətbiq edilməsinə görə cavabdehlik daşıyanlara sanksiyalar qoyulmasını dəstəkləyirik”.

Saytların yığılması Saytlarin yigilmasi

Qətnamədə deyilir ki, Belarusda prezident seçkisi nə azad, nə də ədalətli olub.

Sənəddə bu da bildirilir ki, opponnetlərin təhdid və həbs edilməsi, müşahidəçilərə əngəl yaradılması, səslərin qeyri-şəffaf sayılması, MSK-nın tam hökumət nəzarəti altında olması bu seçki nəticələrinin həqiqəti əks etdirmədiyini göstərir.

 

Lukaşenkanın Rusiyanı işə qatması pislənir

Ali Rada habelə Belarus hüquq-mühafizə orqanlarının etirazçılara qarşı qəddarlığını pisləyib, bütün saxlananların azad olunmasına, müxalifətlə dialoq aparılmasına çağırıb.

Sənəddə deyilir ki, yaranmış böhrandan çıxış yolunun variantlarından biri də yeni seçkinin keçirilməsi ola bilər.

Ali Rada bildirib ki, Belarusun suverenliyini dəstəkləyir və Minskin Kiyevin Belarusdakı stabilsizliyin arxasında durduğuna dair iddialarını rədd edir.

Ukrayna parlamenti habelə Alyaksandr Lukaşenkanın böhranın çözülməsinə Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) qatmasını pisləyir.

Qətnamədə deyilir ki, Ukrayna Rusiyanın və KTMT-nin cəlb edilməsini özünün və Avropanın təhlükəsizliyinə hədə sayır.

 

Lukaşenka – Avropada persona non grata ola bilər

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell Avropa Parlamentində verdiyi bəyanatda bildirmişdi ki, Alyaksandr Lukaşenkanı legitim prezident hesab etmir.

Onun sözlərinə görə, Avropa İttifaqının Belarusa qarşı sanksiyaları gələn həftədən gec olmayaraq qəbul ediləcək.

Borrell bunu da deyib ki, Belarus hakimiyyətinin Belarus cəmiyyəti ilə və ATƏT müşahidəçilərinin dəstəyi ilə keçirilən dialoqu bu vəziyyətdən çıxış yolu ola bilərdi, amma Lukaşenka rejimi heç bir səviyyədə danışıqlara getmək istəmir.

Belarusda bir aydan çoxdur ki, ölkəyə son 26 ildə rəhbərlik etmiş Lukaşenkanın yenidən prezident seçilməsinə qarşı kütləvi etiraz aksiyaları davam edir.

Kanada, Britaniya və Avropa İttifaqının bir neçə ölkəsi Belarus seçkisinin nəticələrini tanımayıb.

Bundan əvvəl Avropa Parlamentinin böyük siyasi partiyaları Lukaşenkanın Avropada persona non grata elan edilməsinə çağırmışdılar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button