2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Ukrayna böhranı çözülənədək Moskva üzərindəki sanksiyalar qalacaq

Ağ Ev sözçüsünün açıqladığı bəyanata görə, ABŞ prezidenti Donald Trump deyib ki, Rusiya üzərinəonun Ukraynaya müdaxiləsinə görə qoyulmuş sanksiyalar bu böhran çözülənədək qüvvədə qalacaq.

Xanım Sarah Huckabee Sanders iyunun 8-də deyib ki, Birləşmiş Ştatlar “Rusiyaya qarşı mövcud sanksiyaların saxlanmasına sadiqdir”.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, administrasiya bu sanksiyaları “Moskva Ukraynadakı böhranın çözümündəki öhdəliklərinə ehtiram göstərənədək saxlayacaq”.

Xanım Sanders kameralarsız brifinqdə müxbirlərə deyib: “Biz inanırıq ki, icra hakimiyyətinin mövcud sanksiyaları Rusiyanın öz öhdəliklərini yerinə yetirməyə məcbur edilməsində ən yaxşı alətdir”.

Birləşmiş Ştatlar və başqa Qərb ölkələri Moskva üzərinə sanksiyaları 2014-cü ildə Rusiyanın Krımı qanunsuz ilhaqı və onun Ukraynanın şərqindəki separatçılara dəstəyi ilə əlaqədar qoyub.

Bundan əvvəl prezident Donald Trump özünün bu sanksiyalara bağlılığına dair müttəfiqləri arasında şübhə yaratmışdı, o prezident Putini tərifləyir vəMoskva ilə daha yaxın münasibətlərə can atdığını bildirirdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button