Loading...
Loading...
ÖLKƏGündəm

Ukrayna dilindən məcburi istifadə qüvvəyə minir

Ukraynada yanvarın 16-dan Ukrayna dilindən məcburi istifadə tələbi qüvvəyə minir.

“Dil haqqında” qanunun dövlət regional çap mediasının naşirlərinə məhsullarını başqa dillərdə, məsələn, rus dilində buraxmaq qadağan edilmir, lakin bu hüquqdan istifadə etmək istəyən naşirlər eyni tirajı Ukrayna dilində də nəşr etməlidirlər.

Yerli media üçün oxşar tələb daha sonra, 16 iyul 2024-cü ildə qüvvəyə minəcək. Bu, Ukraynanın yerli xalqlarının dillərində, habelə ingilis Avropa İttifaqınin digər rəsmi dillərində nəşr olunan çap mediasına şamil edilməyəcək.

Bundan əlavə, 2022-ci il iyulun 16-dan kompüter proqramlarının interfeyslərində, eləcə də rəsmi saytlarda sosial şəbəkələrdəki səhifələrdə Ukrayna dilindən istifadə məcburi olacaq.

Dpa agentliyinin məlumatına görə, Ukraynada sonuncu rusdilli qəzet olan “Vesti” yanvarın 10-da Ukrayna dilinə keçib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun