Loading...
Loading...
SEÇMƏ

Ukrayna güzəştə hazırdırmı? 

Müəllif: Seymur Həzi

Kifayət qədər qoca olduğu üçün qocamanlığından heç bir əsər-əlamət qalmayan Henri Kissincerin “Ukrayna Rusiyaya güzəştə getməlidir” fikri ciddi müzakirələrə səbəb olub. Bu müzakirələrin miqyası deməyə əsas verir ki, “güzəşt” barədə düşünən təkcə qoca diplomat deyil. Sadəcə, onun bu fikri səsləndirməsi bir çoxlarında cəsarət yarada bilib ki, Ukraynanın düz etmədiyini, güzəştə getməli olduğunu yenidən dilə gətirsinlər. Faktiki vəziyyət budur ki, Kissincer kifayət qədər qocadır və dövlət aparatına məsləhətçi kimi də təsir imkanı yoxdur. Üstəlik, onun məsləhətçisi olduğu deyilən Soros ailəsinin rəhbəri Corc Soros da bildirib ki, Rusiyanın axırına çıxmaq lazımdır. Yəni Kissincerin verdiyi bu bəhanəni “əsasa” çevirmək istəyənlər çox tələsirlər. Çünki bu miqyasda bir müharibənin nəinki nəticələrinə, yaxud gedişatına, heç hər hansı epizoduna belə istənilən fərdin subyektiv təsiri çətin təsəvvür olunandır. Bu, sistemlərin kompleks ağılla bir müharibəsidir. Daha açıq desək, çoxbaşlı və konsensusla hərəkət edən bir sistemin müharibəsidir. Bu müharibəyə nəinki Kissincerin, heç Zelenskinin təkbaşına müdaxilə imkanlarına şans tanınmayıb.   

Danışıqlar nə oldu? 

UkraynaRusiya arasında danışıqlar artıq davam etmir. Hansısa bir mərhələdə bərpa olunacağı, təbii ki, gözləniləndir, amma ortada olan budur ki, danışıqlar yoxdur. Bunun ən başlıca səbəbi isə Rusiyanın “Azovstal”da olan ukraynalılarla bağlı konstruktiv mövqedən çıxış etməməsi oldu. Bir halda ki, Moskva Buça qırğınlarından sonra özünü heç olmazsa təmizə çıxarmağa cəhd etmədi, yəni “Azovstal”da olan ukraynalıların təxliyəsi üçün razılaşmadı, o zaman nə üçün lazımdır danışıqlar, nə ehtiyac var bu diplomatiyaya? Kiyevin bu qərarı ilə razılaşmamaq mümkün deyil. Eyni zamanda, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Ukraynanı danışıqlardan imtina etmiş kimi təqdim etməyə cəhd göstərməsi də diqqəti çəkməyə bilməz. Ancaq burada əsas aydınlaşdırıcı sual budur: heç bir nəticə olmayacaqsa, o zaman nəyə lazımdır bu danışıqlar? Ancaq Rusiyanı dialoqa meylli tərəf kimi göstərməyəmi, ya Ukraynanı hansısa güzəştə razı salmağamı? Əslində, Ukrayna prezidentinin vasitəçilik barədə işlətdiyi ironik fikirləri də deməyə əsas verir ki, danışıqlar bir “xilas” əməliyyatıdır və burada “girov” Putin və ya Putinin obrazıdır. 

Britaniya formulu açıqladı 

Birləşmiş krallığın xarici işlər naziri xanım Liz Trass deyir: “Müharibəyə son qoymağın yeganə yolu Rusiyaya qarşı güc tətbiq etməkdir”. Bu yanaşmanın açıqlaması çox aydındır. Əslində, açıqlamaya ehtiyacı da yoxdur. Yırtıcını buxovlamaq onu müvəqqəti ram edə bilər, amma o məhv olmayıbsa, deməli, onunla bağlı risk yaşamaqda davam edir. Rusiya dörd tərəfinə hücum edən yaralı yırtıcıdır, ona qarşı güc tətbiq edilməsə, təhlükəlilik ehtimalı sürətlə artacaq. Bu baxımdan da düşünmək olar ki, fəaliyyətdə olan diplomatlara deyil, nəinki siyasi baxımdan, hətta fizioloji baxımdan fəal ola bilməyən keçmiş diplomatlara istinad hansısa məkrli niyyətlərin spekulyasiya olunmasından başqa bir şey deyil. Ehtimal olunan sonu isə heç kim dəyişdirmək gücündə deyil. 

Gözdən qaçırmayın:  Heydərovların şirkətlərinin Paşayevlərə transformasiyası

24 saat” “Ukrayna güzəştə hazırdırmı? ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button