2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ukrayna hərbi hücumlar səbəbindən enerjidən istifadəyə məhdudiyyət qoyub

Yayımlandı: 20 Oktyabr 2022 15:00

Rusiya son günlər Ukraynanın elektrik və su infrastrukturuna raket və dron hücumlarını intensivləşdirib

Ukrayna hərbçilərinin oktyabrın 20-də ölkənin cənubundakı Xerson şəhərinə doğru irəlilədiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar Rusiya qüvvələrinin ətrafında ilgəyi sərtləşdiriblər.

“Reuters” yazır ki, Ukrayna hökuməti Rusiyanın elektrik stansiyalarına raket və dron hücumları səbəbindən elektrik enerjisindən istifadəyə məhdudiyyət əmri verib.

Bu, müharibə başlayandan bu günədək elektrik enerjisindən istifadəyə qoyulan ilk məhdudiyyətdir.

Hökumət rəsmiləri və şəbəkə operatoru Ukrenergo bildiriblər ki, səhər saat 7-dən axşam saat 23-ə qədər elektrik təchizatı məhdudlaşdırılacaq və insanlar elektrik enerjisindən istifadəni minimuma endirməsələr, elektrik enerjisi kəsiləcək. Bu barədə danışan prezident köməkçisi deyib ki, soyuq havanın başlaması ilə əlaqədar insanlardan tez-tez kömək istəyəcəklər.

Rusiya son günlər Ukraynanın elektrik və su infrastrukturuna raket və dron hücumlarını intensivləşdirib.

Prezident Volodimir Zelenski oktyabrın 19-da etdiyi videomüraciətində deyib:

“Kritik infrastruktura ziyan dəyib. Bu gün üç enerji obyekti düşmən tərəfindən dağıdılıb. Biz güman edirik ki, Rusiya terroru partnyorların köməyi ilə düşmən raketlərini və dronlarını 100 faiz vura bilməyənə qədər enerji obyektlərinə yönələcək”.

Zelenski oktyabrın 20-də Avropa İttifaqı sammitində çıxış edəcək. 27 üzv dövlətin liderləri Ukraynaya əlavə dəstək variantlarını, o cümlədən enerji avadanlığı, enerji təchizatının bərpasına yardım və yenidən qurulması üçün uzunmüddətli maliyyələşdirmə variantlarını müzakirə edəcəklər.

Rusiya qüvvələrinin Ukrayna ərazisinə səkkiz ay öncə başlayan müdaxiləsindən sonra ələ keçirdiyi yeganə regional paytaxt Xersondur. Şəhərin idarəçiliyi üçün Rusiya administrasiya təyin edib.

Ukrayna Prezidenti Volodimir Zelenski də açıqlamasında bildirib ki, hazırda cənubdakı Xerson şəhəri uğrunda döyüşlər gedir. Bunun nəticəsində infrastruktura yeni, ciddi ziyanlar dəyib.

Oktyabrın 19-da Rusiyanın dəstəklədiyi Xerson administrasiyası rəhbərinin müavini Kirill Stremousov “Telegram”-da Ukraynanın Xerson vilayətində Novaya Kamianka və Berislava qarşı hücuma keçdiyini yazıb.

Rusiya dövlət televiziyası ərazidə Dnepr çayı üzərindən qayıqla qaçan insanların görüntülərini yayımlayıb.

“Yaxın altı gündə təxminən 50,000-60,000 adam köçürüləcək”, Xersona Rusiya tərəfindən təyin edilmiş rəhbər Vladimir Saldo belə deyib. O bildirib ki, Rusiya şəhəri saxlamaq və hətta lazım gələrsə, əks-hücum etmək üçün resurslara malikdir.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasının iclasında İranın Rusiyaya pilotsuz təyyarələr verməsi ilə bağlı məsələ qaldırıb.

Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski jurnalistlərə deyib ki, Rusiya BMT ilə əməkdaşlığı yenidən nəzərdən keçirəcək.

Baş katib Antonio Quterreş və onun heyəti Ukrayna və Qərbin İranda istehsal edildiyini iddia etdiyi vurulan pilotsuz təyyarələri yoxlamaq üçün Ukraynaya ekspertlər göndərəcək.

Polyanskiy deyib ki, o, Ukrayna Qara dəniz taxıl və gübrə ixracının bərpasına səbəb olan iyulun 22-də əldə edilmiş razılaşmanın uzadılması və genişləndirilməsi ilə bağlı danışıqlarda Quterreş və digər BMT rəsmiləri ilə razılığa gəlməkdən nikbin deyil. Paktın müddəti gələn ay başa çata bilər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button