2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna hərbiyyəsi: Rusiyalılar Kremennayada kütləvi geri çəkilirlər

Britaniya eksperti Maykl Klark BBC-yə deyib ki, Rusiya qoşunları 64,5 kilometr məsafədə geri oturdula bilər

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynada Luhansk vilayətinin ukraynalı başçısı Sergey Qayday deyib ki, rusiyalılar Kremennaya şəhərini tərk edirlər, amma ağır döyüşlər davam edir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Qaydayın sözlərinə görə cəbhənin bu hissəsində uğur ukraynalıların tərəfindədir:

“Rusiyalılar öz ətraflarındakı meşə zolaqlarını tutublar və bu əraziyə minalar basdırıblar. Lakin minalanmanın çoxu məsafədən aparıldığına görə onların özündə də bu sahələrin xəritələri yoxdur”.

Qayday bildirib ki, Kremennaya şəhərinin yaxınlığında ağır döyüşlər gedir və rusiyalılar bura əhəmiyyətli sayda ehtiyat canlı qüvvə və texnika gətirirlər.

Bu da qeyd olunur ki, Rusiya qüvvələri ağır itkilərə məruz qalır.

Qaydayın sözlərinə görə rusiyalıların bu ərazidəki inadkarlığına səbəb odur ki, Kremennayanın itirilməsi Rusiya ordusunun Luhansk vilayətindəki müdafiə xəttinin tamamilə çökməsi ilə nəticələnə bilər.

Belarusun müstəqil Belsat telekanalına danışan Luhansk başçısı deyib ki, Kremennayanın azad olunmasından sonra regionun başqa şəhərlərinə də növbə çatacaq:

“Rusiyalıların bu şəhərləri müdafiə etməsi son dərəcə çətin olacaq. Kremennayanın azad olunmasından sonra Ukrayna ordusunun qarşısında iki variant var: vilayətin əsas logistika mərkəzi olan Starobelskə tərəf yürüş etmək, ya da Baxmutun müdafiəsinə dəstək vermək üçün Rusiya qruplaşmasını parçalamaq məqsədilə Rubejnoye və Severodonetsk tərəfə irəliləmək”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 28-də bildirib ki, Rusiya əsgərləri Kremennaya yaxınlığında kütləvi şəkildə mövqelərini qoyub geri çəkilirlər.

Yoxlanmamış məlumatlara görə 200-dək Rusiya hərbçisi axtarışdadır.

Britaniya hərbi kəşfiyyatının məlumatında deyilir:

“Belə görünür ki, son günlərdə Rusiya Luhanskdakı Kremennaya rayonunda müdafiəni gücləndirir. Beləki bu mövqelər daim Ukrayna silahlı qüvvələrinin təzyiqi altındadır. Ukrayna qoşunları ötən oktyabrda Liman şəhərindən qərbə irəliləyəndən bəri Kremennaya Rusiya cəbhəsinin ən zəif yerinə çevrilib”.

Britaniya Strateji Araşdırmalar İnstitutunun eksperti Maykl Klark BBC-yə deyib ki, Ukrayna qoşunları cəbhənin geniş şəkildə yarılmasına yaxındırlar.

Onun sözlərinə görə bu, Rusiya qoşunlarını 64,5 kilometr məsafədə geri oturda bilər.

Bu isə o deməkdir ki, Rusiya faktiki olaraq 24 fevralda müharibəni başladığı hüdudlara geri çəkiləcək.

Britaniyalı ekspertin sözlərinə görə hər iki tərəfin “nəfəs dərməyə” ehtiyacı var, amma ukraynalılar hücumun davam etdirilməsi üçün daha motivasiyalıdırlar.

The New York Times qəzeti isə yazır ki, Kremennaya Severodonetsk və Lisiçansk şəhərlərinin azad edilməsi uğrunda hücum üçün qapıdır.

Rusiya bu şəhərləri üzücü yay kampaniyası zamanı böyük itkilər hesabına ələ keçirib.

24 saat” “
Ukrayna hərbiyyəsi: Rusiyalılar Kremennayada kütləvi geri çəkilirlər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button