2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ukrayna icazə vermədi, Rusiya “Eurovision”dan geri çəkildi

Rusiyanın 1 kanalı, Ukrayna ölkənin Eurovision Mahnı Müsabiqəsində təmsilçisi Yuliya Samoylovaya viza vermədiyi üçün yarışı yayınlamayacaq.

Avropa Yayım Birlyi (EBU) bundan sonra Rusiyanın müsabiqədə iştirak etmək şansının qalmadığını açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Rusiyanın işğal etdiyi Krıma getdiyi üçün xanım Samoylovaya viza verməkdən imtina edib.

EBU Ukraynanın bu addımını qınayaraq müsabiqəni siyasiləşdirməməyə çağırıb.

Rusiya alternativ təklifləri qəbul etmədi

Ukraynanın bu qadağasından sonra EBU Rusiyaya bəzi alternetivlər təqdim etmişdi.

EBU Samoylovanın müsabiqəyə Rusiyadakı bir studiyadan qatılmağını və ya Rusiyanın başqa bir nümayəndə göndərməsini təklif etmişdi.

Lakin Rusiya teleşirkəti hər iki təklifi rədd edərək müsabiqəni yayınlamamağa qərar verib.

Onurğa əzələsi atrofiyasından əziyyət çəkən və uşaqlığından bu yana əlil arabasıyla hərəkət edən Yuliya Samoylova 2014-ci ildə Rusiyada keçirilən Soçi Qış Paraolimpiya Oyunlarının açılış mərasimində çıxış edib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button