2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ukrayna İlan adasının azad edilməsindən sonra gəmi yolunun açıldığını bildirir

İlan adasının (Zmeynı adası) azad edilməsindən sonra Dunay-Qara dənizin Bistri gəmi-keçid kanalı kənd təsərrüfatı məhsulları daşıyan gəmilərin keçməsi üçün açılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Ukrayna Dəniz Limanları Administrasiyası” dövlət müəssisəsinin mətbuat xidməti məlumat yayıb.

“Dunay-Qara dəniz kanalı üzrə naviqasiya bərpa edilib. Zmeynı adasının rus qoşunlarından azad edilməsi və Sulina kanalından keçmək ərəfəsində çoxlu sayda gəminin toplanması nəzərə alınaraq, kanaldan istifadə etmək mümkündür. Kənd təsərrüfatı məhsullarının daşınması, gəmilərin giriş/çıxışı üçün Dunay-Qara dənizin Bıstroye çayının mənsəbindən keçir”, – deyə nazirliyin məlumatın bildirilir.

Rusiya qoşunları 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxilənin ilk günlərində Qara dənizdəki Zmeiny adasını (Odessa vilayəti) ələ keçirib. İyunun 30-da Ukrayna ordusunun zərbələrindən sonra Rusiya hərbçiləri adanı tərk edib. Rusiya Müdafiə Nazirliyi bu geri çəkilməni “xoş niyyət jesti” adlandırır.

İyulun 4-də adada Ukrayna bayrağı qaldırılıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button