2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna insan haqları ombudsmanı vəzifədən kənarlaşdırılır

Ombudsmanın döyüş zonalarında humanitar dəhlizlərin təşkilində iştirak etmədiyi, vaxtının çoxunu Qərbi Avropada keçirdiyi bildirilir

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Ali Radası İnsan haqları ombudsmanı Lyudmila Denisovanı vəzifədən kənarlaşdırıb.

Deputat Yaroslav Jeleznyakın Telegram-da yazdığına görə, qərarın lehinə 234, əleyhinə 9 nəfər səs verib.

Denisova 2018-ci ilin martından bu postda idi. Daha öncə prezidentin “Xalqın Qulluqçusu” fraksiyasından deputatlar onun istefaya göndərilməsi üçün imza toplayıb.

İttihamlar

“Hromadske” televiziyasının məlumatına görə, mayın 25-də bir sıra media və ictimai qurum təmsilçiləri Denisovaya açıq müraciət edərək müharibə vaxtı seksual cinayətlərlə bağlı kommunikasiyanı korrektı etməyə çağırıblar. Onların mövqeyincə, ombudsman yalnız yetərincə dəlil olan informasiyanı yaymalı, sensasiyadan, məlumatlarda həddən artıq detallardan qaçmalı, korrekt terminologiyadan istifadə etməli, zərərçəkənlərin konfidensiallığı və təhlükəsizliyinin qayğısına qalmalıdır.

“Xalqın Qulluqçusu” fraksiyasından deputat Pavel Frolov deyib ki, ombudsman Rusiya hərbçilərinin ukraynalılara qarşı seksual zorakılığını “təhrif olunmuş formada” çatdırıb, bu məlumatlar sonradan təsdiqini tapmayıb.

Bundan başqa, ombudsmanın döyüş zonalarında humanitar dəhlizlərin təşkilində iştirak etmədiyi, vaxtının çoxunu Qərbi Avropada keçirdiyi bildirilir.

Denisova özü işdən çıxarılmasını qanunsuz hesab edir. Onun fikrincə, fəallığı, özəlliklə işğal olunmuş ərazilərdə informasiya yığması hakimiyyəti qane etmir.

Kütləvi insan haqları pozuntuları

Beynəlxalq qurumlar hərbi münaqişə vaxtı Ukraynada, özəlliklə Rusiya hərbçilərinin nəzarətində olan ərazilərdə kütləvi insan haqları pozuntuları haqda məlumat yayıblar.

Amnesty International və ATƏT sakinlərə qarşı məhkəməsiz edamlar, qətllər, seksual zorakılıq, işgəncə, digər cinayətlər törədildiyini bildirib.

“Ukraynalılarla müqayisədə Rusiya hərbçilərinin yol verdiyi pozuntular təbiətinə və miqyasına görə ölçüyəgəlməzdir”, – ATƏT-in apreldə yaydığı hesabatda deyilirdi.

Fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

24 saat” “
Ukrayna insan haqları ombudsmanı vəzifədən kənarlaşdırılır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button