2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ukrayna işğal olunmuş ərazilərini azad edir

Ukrayna Silahlı Qüvvələri Xerson regionunda Novovasilivka, Novohrihorivka, Nova Kamyanka, Trifonivka və Çervone qəsəbələrini işğaldan azad edib.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna oktyabrın 12-də ölkənin cənubundakı Xerson vilayətinin daha beş yaşayış məntəqəsini işğaldan azad etdiyini bildirib.

Xəbər verilir ki, Rusiyanın Ukrayna şəhərlərinə iki gündür davam edən şiddətli raket zərbələrinə baxmayaraq Kiyev əks-hücum əməliyyatlarını uğurla həyata keçirir.

Prezident Volodimir Zelenskinin ofisi gündəlik hesabatında bildirir:

“Ukrayna Silahlı Qüvvələri Xerson regionunda Novovasilivka, Novohrihorivka, Nova Kamyanka, Trifonivka və Çervone qəsəbələrini işğaldan azad edib. Düşmən bütün cəbhə boyunca əks-hücumumuzun qarşısını almaq üçün hərbi birliklərimizin mövqelərini atəşə tutmaqda davam edir”.

Ukrayna hərbiyyəsi oktyabrın 9-da bildirib ki, ölkənin Silahlı Qüvvələri avqust ayında başlanan əks-hücum əməliyyatlarında Xerson regionunun 1200 kvadrat kilometrini işğaldan azad edib.

Buna baxmayaraq Rusiya oktyabrın 12-də Zaporojye vilayətini və Zaporojye şəhərini raket atəşinə tutmaqda davam edib.

Xəbər verilir ki, Rusiyanın raket zərbələri nəticəsində yaşayış binalarına, habelə inzibati idarələrə ziyan dəyib.

Tələfat haqqında məlumat verilmir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button