2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Ukrayna kəşfiyyatı Rusiyanın daha bir generalının öldürüldüyünü deyir

Ukrayna 11 mindən çox Rusiya əsgərinin öldürüldüyünü iddia edir

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna kəşfiyyatı Xarkov şəhəri yaxınlığında döyüşlərdə Rusiyanın yüksək rütbəli zabitinin öldüyünü bildirir. Kəşfiyyatın yaydığı telefon zəngləri də onun ölümünü qismən təsdiqləmiş kimi görünür.

General mayor Vitali Gerasimovun ölümü təsdiqlənərsə, Ukrayna müharibəsində həlak olmuş ikinci general olacaq.

Ukraynanın Baş Kəşfiyyat Direktorluğun (GUR) martın 7-də yaydığı bəyanatda Rusiyanın 41-ci ordusunun baş qərargah rəisi və komandan müavininin bir neçə digər zabitlə birlikdə həlak olduğunu bildirib. Amma onun nə zaman, necə öldürüldüyü açıqlanmır.

Gerasimovun ölümünü müstəqil təsdiqlətmək mümkün olmayıb. O, 2000-ci illərin əvvəlindəki İkinci Çeçen Müharibəsinin təltif olunmuş zabiti, veteranı idi, Suriya və Krımda hərbi əməliyyatlarda iştirak edib.

Rusiya itkiləri açıqlamır

Rusiya hakimiyyəti fevralın 24-dən başladılmış müharibədə itkiləri açıqlamır. Müdafiə Nazirliyi “ölənlərin və yaralıların olduğunu” desə də, rəqəm bildirməyib.

Martın 2-də RIA Novosti dövlət xəbər agentliyi nazirliyə istinadla 498 rusiyalı əsgərin öldürüldüyünü, 1597 nəfərin yaralandığını xəbər verib.

Ukrayna 11 mindən çox Rusiya əsgərinin öldürüldüyünü iddia edir. Bu rəqəmi də müstəqil təsdiqlətmək mümkün deyil.

GUR-un yaydığı iki səs yazısında Rusiyanın iki kəşfiyyat zabitinin döyüş vəziyyətini müzakirə etdiyi bildirilir.

Zabitlərdən biri Gerasimovun ölümündən təəssüflənir. Daha sonra həmin iki nəfər Rusiya qüvvələrin istifadə etdiyi kodlaşdırılmış kommunikasiyanın zəifliyini müzakirə edirlər.

41-ci ordunun komandir müavini, General Andrey Suxovetskinin isə iki həftə öncə Ukraynada döyüşdə öldürüldüyü bildirilir.

24 saat” “
Ukrayna kəşfiyyatı Rusiyanın daha bir generalının öldürüldüyünü deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button