2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna Krıma zərbələr endirdiyini deyir

Rusiya tərəfindən ilhaq edilmiş Krımda, Cankoy şəhəri yaxınlığında martın 20-də güclü partlayışların eşidildiyi xəbər verilir.

Saytların yığılması Saytlarin yigilmasi

Yerli teleqram kanallarının məlumatına görə partlayışlar hərbi aerodromun yerləşdiyi ərazidə baş verib.

Partlayışların Ukrayna dronlarının zərbələri nəticəsində baş verdiyi bildirilir. Yerli hakimiyyət orqanları yarımadada hava hücumundan müdafiə sisteminin işə düşdüyünü xəbər verib.

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi Cankoy şəhərinə zərbə endirilməklə dəmir yolu ilə daşınan Kalibr NK raketlərinin məhv edildiyini bildirib.

Hərbi kəşfiyyatın məlumatında deyilir:

“Müəmmalı “bavovna” (Ukrayna Rusiya tərəfindən işğal edilmiş ərazilərdə baş verən partlayışları belə adlandırır – red) Rusiyanın demilitarizasiyasını davam etdirir və Ukraynanın Krım yarımadasını işğaldan azad olunmağa hazırlayır”.

Ukrayna Müdafiə Nazirliyi bildirib ki, məhv edilən raketlər Rusiyanın Qara dəniz donanması üçün nəzərdə tutulmuşdu.

Krımdakı ilhaq administrasiyası başçısının müşaviri Oleq Kryuçkov Ukrayna kəşfiyyatının bu məlumatını təkzib edib və bildirib ki, dəmir yolu və infrastruktutara heç bir ziyan dəyməyib və qatarlar cədvəl üzrə hərəkət edir.

O əlavə edib ki, Krımın şimalında vurulmuş dronların hədəfi mülki obyektlər idi.

Krımın Rusiya tərəfindən təyin edilmiş başçısı Sergey Aksyonovun məlumatına görə Cankoy rayonunda hava hücumundan müdafiə sistemi işə düşüb.

İlkin məlumata görə bir evə və bir mağazaya ziyan dəyib, bir nəfər yaralanıb.

33 yaşlı Cankoy sakininin yarası orta ağırlıqlıdır və o xəstəxanaya yerləşdirilib.

Amma eyni zamanda ASTRA teleqram kanalı xəbər verir ki, partlayışlar Cankoydakı lokomotiv deposuna, vağzal mühafizəsinin binasına və yanacaq anbarlarına ziyan vurub. Bu da qeyd olunur ki, partlayışlar nəticəsində lokomotiv deposunun elektrik təchizatında fasilələr yaranıb.

Cankoyun rəhbərliyi şəhər ərazisində fövqəladə vəziyyətin elan olunduğunu bildirib. Bu da qeyd olunur ki, insidenti Rusiyanın İstintaq Komitəsi araşdırır.

Bundan əvvəl yerli sakinlər Baxçasaray, Yalta və Qurzufda partlayışların eşidildiyini xəbər verimişdilər.

Cankoy yaxınlığında Rusiyanın hərbi hava bazası yerləşir.

Bu arada xəbər verilir ki, Ukraynanın şərqindəki Donbasda Rusiya ordusunun fasiləsiz hücumlarına baxmayaraq Ukrayna qüvvələri bütün cəbhə boyunca müdafiə xəttini saxlayır.

Rusiyalılar əsas hücumlarını Baxmut şəhəri rayonuna yönəldiblər. Burada tez-tez yaxın qarşıdurmada döyüşlər baş verir.

Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatı cəbhə xəttində martın 21-ə olan vəziyyəti əks etdirən xəritə dərc edib.

24 saat” “
Ukrayna Krıma zərbələr endirdiyini deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button