SEÇMƏ

Ukrayna: Kuril adaları Rusiyanın işğalı altındadır

Yayımlandı: 7 Oktyabr 2022 19:21

Ali Rada işğalı tanıyan qətnamə qəbul edib

Ukrayna Ali Radası Kuril adalarının II Dünya müharibəsindən sonra SSRİ tərəfindən işğal edildiyi haqda qətnamə yayıb.

Ukrayna Ali Radasının Yaponiyanın Şimal əraziləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti haqqında” 8108 saylı qətnamənin qəbul edilməsinə 287 deputatı səs verib.

Məlumatı Ukrayna Ali Radası yayıb.

Sənəddə deyilir ki, Ukrayna parlamenti Yaponiyanın şimal əraziləri ilə bağlı mövqeyini dəstəkləyir, onların Rusiya işğalı altında olduğunu tanıyır.

Deputatlar BMT-yə, Avropa Parlamentinə, AŞPA-ya, NATO-ya, ATƏT-ə, GUAM-a və digər ölkələrin parlamentlərinə müraciət edərək Yaponiyanın şimal ərazilərinin statusunun həlli istiqamətində aparılan fəaliyyətə ardıcıl dəstək verməyə çağırıblar.

2022-ci ilin aprelin 22-də Yaponiya hökumətinin illik hesabat iclasında “şimal əraziləri”ni Rusiya tərəfindən “qanunsuz işğal edilmiş” ərazi kimi qeyd edib.

1200 kilometr ərazini əhatə edən Kuril adası Sakit okeanla Oxot dənizini bir-birindən ayıran 56 adadan ibarətdir.

Adada əsasən, ruslar, ukraynalılar, belaruslar, koreyalılar və tatarlar yaşayırlar.

Əsas məşğuliyyət balıqçılıqdır.

Yaponiya 4 adanı “Şimal əraziləri” adlandırıb və geri qaytarılmasını tələb edir.

İkinci Dünya müharibəsi başlayarkən birlikdə müharibəyə girmək istəməyən tərəflər – Rusiya və Yaponiya 1941-ci ildə bitərəflik haqqında saziş imzalayıblar.

Lakin 1945-ci ildə ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası atmasından sonra Moskva 4 il əvvəl Tokio ilə imzaladığı bitərəflik haqqında sazişi pozaraq Yaponiyaya qarşı müharibəyə elan edib.

Ardınca Yaponiya “Potsdam bəyannaməsi”ni imzalayaraq müttəfiq qüvvələrə təslim olur.

Bundan sonra SSRİ Xabomay, Şikotan, Etorofu və Kunaşir olan adalardan ibarət adalar Kurili ələ keçirir.

Meydan TV

Gözdən qaçırmayın:  “”Praqa bəyanatı” hüquqi sənəd deyil, istənilən vaxt ondan imtina etmək olar”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button