2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna Medvedçuku buraxıb. 270 əsir dəyişdirilib

Zelenskinin sözlərinə görə, buraxılmış əsirlər müharibə bitənəcən Türkiyədə “tam təhlükəsiz və rahat şəraitdə” qalacaqlar

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna 215 əsgərinin əsirlikdən buraxıldığını elan edib. Onların içində Mariupoldakı Azovstal zavodunu müdafiə edənlər də var. Rusiyanın isə 55 əsgəri azad olunub.

Prezident Volodimir Zelenski sentyabrın 21-də gecə çıxışında əsirlərin buraxılmasını elan edib. Onun sözlərinə görə, beş hərbi komandir, o cümlədən Azovstal-ın müdafiəsinə başçılıq edənlər öncədən hazırlanmış əməliyyat çərçivəsində Türkiyəyə aparılıb. Əməliyyatın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşdırıldığı bildirilir.

Zelenskinin sözlərinə görə, buraxılmış əsirlər müharibə bitənəcən Türkiyədə “tam təhlükəsiz və rahat şəraitdə” qalacaqlar.

Rusiyaya verilən 55 əsirdən biri ukraynalı keçmiş deputat, Rusiya Prezidenti Vladimir Putinin müttəfiqi Viktor Medvedçukdur. O, 2021-ci ilin mayından vətənə xəyanət və terrorçuluğu maliyyələşdirmə ittihamları ilə ev dustaqlığında idi.

Zelenski daha öncə Medvedçuku Rusiyanın əlində olan hərbi əsirlərə dəyişdirməyi təklif etmişdi.

Bu, Rusiya fevralın sonunda işğala başlayandan tərəflər arasında ən böyük əsir mübadiləsidir.

“215 nəfərin azadlığına nail olduq”, – Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermak televiziya ilə çıxışında deyib. O, buraxılanların 108-nin Azov alayının döyüşçüləri olduğunu söyləyib.

Yermak əsir mübadiləsinin bir neçə mərhələdə, müxtəlif yerlərdə keçirildiyini söyləyib.

Daha öncə Rusiyadan Səudiyyə Ərəbistanına transfer olunmuş 10 hərbi əsir də bu mübadilə çərçivəsində buraxılıb. Onların beşi britaniyalı, ikisi amerikalıdır.

Ərdoğan sentyabrın 19-da demişdi ki, Rusiya və Ukrayna 200 əsiri dəyiş-düyüş etməyə razılaşıblar, ancaq detalları açıqlamamışdı.

Ukraynanın cənubşərqində Azov dənizi sahilində yerləşən Mariupol Rusiya qüvvələri tərəfindən həftələrlə bombardman olunmuşdu. Azovstal polad zavodunda yeraltı tunellərə dinc sakinlər də sığınmışdı.

Mayda Ukrayna qüvvələri təslim olmağa razılaşdı. O zaman Moskva 2 min 500-cən döyüşçünü əsir götürdü. İyunda gerçəkləşmiş əsir mübadiləsi çərçivəsində azad olunan 144 nəfərin 95-i Azovstal döyüşçüləri idi.

Azov alayı əvvəllər könüllü batalyonu olub, ifrat sağçı fiqurlara əlaqələrinə görə ziddiyyətlərə yol açıb.

İyulda Ukraynanın şərqi Donetsk vilayətində Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazidəki həbsxana kompleksinə hücumda onlarla ukraynalı hərbi əsirin, o cümlədən Azov alayı üzvlərinin həlak olduğu bildirilir.

24 saat” “
Ukrayna Medvedçuku buraxıb. 270 əsir dəyişdirilib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button