2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəisi hesabat verdi

24 saat” xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəisi Aliksey Danilov ölkəsinə qarşı Rusiya təcavüzünün 7-ci günündə baş verən hadisələrlə bağlı hesabat xarakterli paylaşım edib:

Həmin paylaşımı təqdim edirik:

Qəhrəman Ukrayna Milli Müqavimətinin yeddinci günü!

Saytların yığılması Saytlarin yigilmasi

Dünən bütün cəbhələrdə güclü əks-zərbə alan düşmən yenidən qruplaşmaq və əlavə ehtiyatları səfərbər etmək məcburiyyətində qalıb. Taktiki təşəbbüs tədricən Ukraynaya keçir. Rusiya işğalçılarının strateji hədəfləri kimi əsas şəhərlər – Kiyev, Xarkov, Mariupol tamamilə Ukrayna ordusunun nəzarəti altındadır. Rusiyanın Nikolayev və Sumını bloklamaq və ələ keçirmək üçün böyük resursları cəmləməsinə baxmayaraq, bu şəhərlər müdafiəni uğurla davam etdirir.
Düşmən Donetskdə də irəliləyə bilməyib.
Rus işğalçıları Polissya və Siversk istiqamətində hücuma hazırlaşır. Moskvadakılar Kiyevi bloklamaqdan ümidlərini üzmürlər. Ancaq bunlar boş cəhdlərdir.
Ukrayna kəşfiyyatının və xüsusi xidmət orqanlarının parlaq işi sayəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi Ali Baş Komandanın Qərargahı terrorçu ölkə komandanlığının plan və niyyətləri haqqında hərtərəfli məlumat və tam təsəvvürə malikdir. Qərb tərəfdaşlarımız əməliyyat-kəşfiyyat məlumatları ilə bizə fəal şəkildə kömək edirlər.
Vəziyyət gərgindir, Kreml bizə qarşı müasir tarixdə görünməmiş sayda hərbi texnika – minlərlə ton zirehli metal toplayıb, biz onlar məhv edilib yandırılacaq.

Beləliklə, bizim, əziz dostlar, hələ çox işimiz var!
Yaşasın Ukrayna. Düşmənlərə ölüm!

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button