2022-12-19 12:04:50
Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə tam sürətlə davam edir.
Müharibənin ilk günlərindən Kiyevi hədəf alan, lakin həftələrlə davam edən mühasirəyə baxmayaraq şəhəri ala bilməyən Rusiya hədəfini şərqə çevirdi.
Burada bir müddət müdafiə mövqeyində olan rusların Xersondan çəkilməsi ilə müharibə yeni mərhələyə qədəm qoyarkən Ukraynadan etirafa bənzər açıqlama gəldi.
ABŞ-ın aparıcı qəzetlərindən biri olan “The New York Times” (NYT) Kiyev qüvvələrinin Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovu Ukrayna cəbhələrinə səfəri zamanı qətlə yetirməyi planlaşdırdığını yazıb.
Xəbərdə Vaşinqtonun Kiyevi hücumu həyata keçirməkdən çəkindirməyə çalışdığı barədə məlumatlar yer alıb.
Bu iddianı Ukrayna prezidentinin baş köməkçisi Aleksey Arerestoviç Zelenskinin açıqlamaları da təsdiqləyib.
Ukrayna əsgərləri Donetsk vilayətində cəbhə xəttinə doğru irəliləyir… (Foto: AP)
“Russia Today”-in xəbərinə görə, Arestoviç Kiyevin Baş Qərargah rəisinin ziyarət etdiyi Rusiya döyüş qərargahını vurduğunu, lakin bombardman baş verən zaman Gerasimovun artıq oradan ayrıldığını bildirib.
“Gəlin dəhşətli bir sirri açaq” dedi Aretoviç. “Gerasimov İziumda idi və biz Gerasimovu hədəfə aldıq” dedi.
PUTİN GENERALLARLA GÖRÜŞÜB
Digər tərəfdən, Putin Ukraynada yeni hücumlar dalğası başlatmağı hədəflədiyi xəbəri gələn kimi hərbi rəsmiləri ilə görüşüb.
Kreml bildirib ki, Putin cümə gününün çox hissəsini “xüsusi hərbi əməliyyat”ın qərargahında keçirib.
Görüşün görüntülərində Putin müdafiə naziri Sergey Şoqun və Baş Qərargah rəisi Valeri Gerasimovla birlikdə görünür.
Görüş Ukraynanın Moskvanın ardıcıl məğlubiyyətlərdən sonra yeni təcavüz dalğasına hazırlaşdığına dair iddialar səsləndirdiyi bir vaxtda baş tutub.
Tərcümə“24 SAAT”
You must log in to post a comment.