2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Ukrayna müharibəsi: Rusiya Avropa İttifaqına uzanan qaz kəmərini bağlı saxlayacaq

Rusiyanın Avropaya qaz nəqli həyata keçirən əsas kəmərinin şənbə günü yenidən işə salınacağı bildirilsə də, bu baş verməyib. Bu isə qitədə bu qış enerji təchizatı ilə bağlı narahatlıqları artırıb.

Rusyanın dövlət enerji şirkəti Gazprom bildirib ki, Şimal Axını-1 kəmərində sızıntı qeydə alınıb, nəticədə boru xətti ilə qaz nəqlinin qeyri-müəyyən müddədətdək dayandırılmasına qərar verilib.

Gazprom-un bildirdiyinə görə, Rusiya qazını Almaniyaya daşıyan kəmərin fəaliyyəti təmir məqsədi ilə üçgünlük dayandırılmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Avropa Rusiyanı qaz amilindən istifadə edərək, Ukrayna müharibəsi çərçivəsində Avropanı şantaj etməkdə günahlandırıb, lakin Moskva bu iddiaları rədd edib.

Rusiya Ukraynanı işğal etdikdən sonra enerji qiymətləri kəskin artıb və hazırda qaz təchizatında yaranan qıtlıq qiymətlərin daha da artmasına səbəb ola bilər.

Avropalı ailələr arasında bu qış istilik xərclərinin daha baha olacağı qorxusu hər gün böyüyür.

Böyük Britaniya da bundan əziyyət çəkə bilər. Baxmayaraq ki, Britaniya qaz ehtiyacına görə Şimal Axını -1 kəmərindən asılı deyil, boru xəttinin istifadəsində yaranan fasilə mavi yanacağın topdan satış qiymətlərini də yüksəldə bilər. Bu isə enerji qiymətlərinin spiralvari şəkildə artmasına gətirib çıxaracaq.

BBC-nin iqtisadiyyat üzrə redaktoru Faisal İslam Şimal Axını-1 kəməri ilə nəqlin təxirə salınmasını “çox təhlükəli tendensiya” adlandırıb. Onun sözlərinə görə, Rusiya hətta Soyuq Müharibə dövründə belə mavi yanacağın Avropaya axmasına mane olmayıb.

Avropa qaz ehtiyatlarını artırır

Rusiya ilə fikir ayrılığı Avropa ölkələrini qaz təchizat sistemlərini doldurmağa məcbur edib. İyunda Almaniyanın qaz anbarlarında ehtiyat 50 faizdən aşağı idisə, bu gün bu rəqəm 84 faiz təşkil edir.

Bunun nəticəsində ötən həftə təbii qazın qiymətləri beynəlxalq səviyyədə aşağı düşsə də, ümumi qiymət standartından yüksək olub.

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Avropa Rusiya enerjisindən asılılığını azaldaraq, Moskvanın müharibəni maliyyələşdirmə imkanlarını minimuma endirməyə çalışır, lakin bu məqsədə tez bir zamanda nail olmaq mümkün deyil.

Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel deyib ki, Rusiyanın atdığı addım “təəssüf ki, sürpriz deyil”.

“Qazdan silah kimi istifadə edilməsi Avropa İttifaqının yanaşmasını dəyişməyəcək. Enerji müstəqilliyi istiqamətində atdığımız addımları sürətləndirəcəyik. Vəzifəmiz vətəndaşlarımızı müdafiə etmək və Ukraynanın müstəqilliyini dəstəkləməkdir” o, Tweeter-də paylaşıb

Moskva enerji təchizatından Ukraynanı dəstəkləyən qərb ölkələrinə qarşı iqtisadi silah kimi istifadə etməsi ilə bağlı ittihamları rədd edib.

Rusiya isə Şimal Axını-1 kəmərində təmirin uzanmasını qərb ölkələrinin sanksiyaları ilə əlaqələndirib və baş verənlərə görə onları günahlandırıb. Avropa İttifaqı bunu “bəhanə” adlandırıb.

Almaniyanın şəbəkə əlaqələndiricisi Bundesnetzagentur bildirib ki, rəsmi Berlin Rusiyanın qaz təchizatı ilə bağlı yaratdığı risklərə yaxşı hazırlaşıb, lakin vətəndaşları və şirkətləri qaz istehlakını azaltmağa çağırıb.

Gazprom Böyük 7-lik ölkələrinin Ukraynaya dəstək məqsədi ilə Rusiyanın enerji məhsullarına ən yüksək qiymət həddi müəyyən etməsindən sonra kəmərin istifadəsinin dayandırılmasına qərar verib.

Böyük 7-lik ölkələrinə ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiya daxildir.

Onların təqdim etdiyi maksimum qiymət həddi o deməkdir ki, bu ölkələr dəniz vasitəsilə daşınan Rusiyaya məxsus neft və qazı yalnız razılaşdırılan qiymətə və ya ondan daha aşağı qiymətə alacaqlar.

Rusiya isə qiymət həddinə qoşulan ölkələrə enerji ixrac etməyəcəyini bildirib.

Rusiyanın Sankt Peterburq sahillərindən Almaniyanın şimal-şərq hissəsinə qaz nəql edən Şimal Axını -1 kəmərinin gündəlik ixrac gücü 170 milyon kub metrdir.

Şimal Axını AG tərəfindən idarə edilən kəmərin ən böyük səhmdarı Gazprom-dur.

Almaniya bu kəmərə paralel çəkilən Şimal Axını-2 layihəsini əvvəlcə dəstəkləsə də, Rusiyanın Ukraynanı işğal etməsindən sonra layihənin icrası dayandırılıb.

Qaz turbini, enerji, Siemens

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,Siemens şirkətinin istehsal etdiyi və Şimal Axını-1 layihəsində istifadə edilən turbin

Enerji qiymətlərinin işsizliyə təsiri

Gazprom bildirib ki, boru xəttindəki qəza Portovaya kompressor stansiyasında qeydə alınıb və turbin hazırda Almaniya şirkəti Siemens-in işçiləri tərəfindən təmir edilir.

Müəssisədən verilən məlumata görə, motorlarda qeydə alınan qaz sızmasının qarşısı almaq yalnız xüsusi təmir müəssisələrində mümkündür ki, hazırda Qərbin sanksiyaları nəticəsində bunu etmək qeyri-mümkündür.

Siemens isə bəyan edib ki, “bu cür sızmalar əslində kəmərin fəaliyyətinə təsir göstərmir və boru xətti ilə qaz nəqli davam etdilirə bilər. Bu təmir işinin normal prosedurudur”.

Rusiyanın Ukraynanı işğal etməsindən bəri ilk dəfə deyil ki, Şimal Axını-1 kəmərinin fəaliyyəti dayandırılır.

İyulda Gazprom boru xətti ilə nəqli 10 gün müddətinə tamamilə dayandırmışdı və bu qərar “təmir fasiləsi ilə” əsaslandırılmışdı. Daha sonra qazın ixracı davam etdirilsə də, həcm aşağı salınıb.

BBC-yə danışan isveçli iqtisadçı və enerji üzrə analitik Cornelia Meyer bildirib ki, qaz nəqlinin dayandırılması işsizlik və enerji qiymətlərinə əhəmiyyətli təsir göstərəcək.

“Bunun nəticəsidir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hazırda Avropada qaz qiymətləri 4 dəfə bahadır. Lakin qiymət artımı yalnız mavi yanacaqda müşahidə edilmir, bu isə o deməkdir ki, yaşayış xərcləri ciddi şəkildə artacaq. Qaz sadəcə burada prosesi sürətləndirən amildir, çünki ondan bir çox sənaye prosesində istifadə edilir, ona görə də, qaz qiymətlərinin artması iş yerlərinə və yaşayış xərclərinə də təsir göstərəcək”, iqtisadçı deyib.

The post Ukrayna müharibəsi: Rusiya Avropa İttifaqına uzanan qaz kəmərini bağlı saxlayacaq appeared first on 24 saat.

“24 saat “Ukrayna müharibəsi: Rusiya Avropa İttifaqına uzanan qaz kəmərini bağlı saxlayacaq” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button