2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna ordusu Baxmutdan çıxmaq niyyətində deyil

Ukrayna prezidenti Volodimir Zelenski martın 6-da Ali Baş Komandanlığın növbəti iclasını keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident administrasiyasının yaydığı məlumatda deyilir ki, əməliyyat-strateji qoşun komandanları cəbhənin əsas istiqamətlərindəki vəziyyət barədə məruzə ediblər.

Baş komandalıq qərargahının üzvləri Baxmutda yaranmış vəziyyətə detallı diqqət yetiriblər.

Zelenski Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnıya və “Xortitsa” əməliyyat-strateji qruplaşmasının komandanı Aleksandr Sırskiyə Baxmut istiqəmətindəki növbəti addımlar barədə sual verib.

Hər iki komandan Baxmutda müdafiə əməliyyatının davam etdirilməsinin və gücləndirilməsinin zəruri olduğunu deyib.

Lap Baxmut itirilsə də

Lap hətta Rusiya qoşunları yaxın vaxtlarda Baxmut şəhərini ələ keçirə bilsə də, bu, döyüş əməliyyatlarının gedişində dönüş nöqtəsi olmayacaq.

Bunu martın 6-da ABŞ-ın müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) deyib.

Son günlər yayılan bəzi xəbərlərdə deyilirdi ki, Ukrayna ordusunun bəzi birləşmələri Baxmut şəhərini tərk edirlər.

Rusiya ordusu bu şəhər üzərinə hücumu ötən payızda başlayıb.

Son həftələrdə şəhərin mühasirəyə düşmək təhlükəsi vardı. Xəbər verilirdi ki, Rusiyanın Wagner muzdlu şirkətinin əsgərləri şəhərin şərq və şimal hissələrində bəzi rayonları ələ keçiriblər.

Buna baxmayaraq şəhərin daha böyük hissəsi Ukrayna ordusunun nəzarətindədir. Şəhər ciddi dağıntıya məruz qalıb. Buna baxmayaraq prezident Zelenski və başqa Ukrayna rəsmiləri Baxmutu “qala” adlandırırlar. Rusiya qüvvələrinin bu ərazidə ağır itkilərə məruz qaldıqları xəbər verilir.

Yeni müdafiə xətti hazırdır

Təhlilçilər qeyd edirlər ki, Baxmutdan cənubda Ukrayna qoşunlarının istehkamlar şəbəkəsi var və bu səbəbdən Baxmutun alınması Rusiya qoşunlarına avtomatik olaraq Kramotosk və Slavyansk şəhərlərinə yol açmayacaq.

Baxmutun alınmasının Rusiya üçün yalnız taktiki uğur ola biləcəyini CNN də qeyd edir. Lakin The Wall Street Journal qəzeti yazır ki, Ukrayna tərəfi də Baxmutun müdafiəsində çox canlı itkiyə məruz qalıb və Kiyev əslində bu qoşunlardan gözlənilən yaz əks-hücumunda istifadə etməyi planlaşdırıdı.

Bu arada Rsuiyanın Wagner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin iddia edir ki, Baxmut üzərinə hücumu məhz onun muzdlu əsgərləri həyata keçirirlər.

Lloyd Ostinin fikrincə Wagner dəstələri Rusiyanın nizami ordu birləşmələrindən bir qədər daha səmərəli vuruşurlar, amma nizami ordunun səviyyəsi son dərəcə aşağıdır.

Priqojinin giley və şikayətləri azalmaq bilmir

Reuters xəbər verir ki, Priqojinlə Rusiyanın Müdafiə Nazirliyi arasında çəkişmə hələ də davam edir.

O martın 5-də teleqram kanalında yazıb ki, əgər onun qüvvələrinə silah-sursat verilməsə Baxmut üzərinə hücum əməliyyatı iflasa uğraya bilər.

24 saat” “
Ukrayna ordusu Baxmutdan çıxmaq niyyətində deyil
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button