2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna ordusu Rusiyanın hücumunu dəf etməyə çalışır

Ukrayna Müdafiə Nazirliyi iyulun 6-da bildirib ki, Rusiya qüvvələri öz mövqelərini yaxşılaşdırmağa çalışsalar da, bu ərazidə geri oturdulublar

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələrinin şimali Donbasdakı hücumunu dəf etməyə çalışır, lakin Rusiya iyulun 6-da Slovyansk və başqa yaşayış məntəqələrinin bombardmanını daha da gücləndirib.

Reuters agentliyi bildirir ki, Rusiya və ona bağlı separatçı qüvvələr artıq Donetsk vilayətinin cənubunda nəzarəti tamamilə ələ alıblar.

Bu, qonşu Luhansk vilayətində Ukraynanın son istehkamı olan Lisiçanskın süqutundan sonra mümkün olub.

Rusiya bu şəhəri nəzarətə ala bilsə də, indi Lisiçansk yalnız xarabalıqlardan ibarətdir.

Moskva bildirir ki, Ukrayna qoşunlarının Donetsk və Luhansk vilayətlərindən tam çıxarılması onun “xüsusi əməliyyatının” əsas məqsədidir.

Donetsk və Luhansk vilayətlərini birləşdirən Donbas rayonu Ukraynanın ən sənayeləşdirilmiş ərazisidir, amma hazırda Avropanın ən böyük hərb meydanına çevrilib.

Ukrayna Müdafiə Nazirliyi iyulun 6-da bildirib ki, Rusiya qüvvələri Donetskin şimal cinahında Ukrayna ordusunu sıxışdırmağa çalışır.

Nazirliyin məlumatında deyilir ki, Rusiya qüvvələri öz mövqelərini yaxşılaşdırmağa çalışsalar da, bu ərazidə geri oturdulublar.

Rusiya “nəhəng itkilər” verir

Luhanskın qubernatoru Serhiy Qayday deyib:

“Biz Luhanks və Donetsk vilayətlərinin sərhədində düşmən qüvvələrinin qarşısını almışıq. Lakin onlar Slovyansk və Baxmut şəhərlərini ələ keçirməyə çalışırlar”.

O əlavə edib ki, Rusiya qüvvələri “nəhəng canlı itkilər” verir.

Slovyansk şəhərinin meri Vadim Lyaxın sözlərinə görə, şəhər ikinci həftədir ki, ağır bombardman edilir.

Özünün ənənəvi gecə müraciətində Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, ölkə ordusu Rusiya qüvvələrinin silah anbarlarına, qərargahlarına və başqa logistika obyektlərinə ağır zərbələr endirir:

“Nəhayət ki, Qərb artilleriyası, bizim partnyorlarımızdan aldığımız silahlar bütün gücü ilə işləməyə başlayıb. Bu silahların sərrastlığına söz ola bilməz”.

Rusiya eyni zamanda Donbas regionundan kənarda olan Xarkov üzərinə təzyiqi artırıb. Şəhər uzaqmənzilli top və raketlərin atəşinə məruz qalır.

Xarkov meri bu barədə deyib:

“Rusiya Xarkovun ruhunu sındırmaq istəyir, amma buna nail ola bilməyəcək”

Merin sözlərinə görə Xarkovda hazırda bir milyonadək sakin var.

24 saat” “
Ukrayna ordusu Rusiyanın hücumunu dəf etməyə çalışır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button