Dünya

Ukrayna ordusu Rusiyanın Xersondakı mövqelərini vurur

Ukrayna tərəfi Xerson vilayətinin cənubunda 88, Xarkov vilayətinin şimal-şərqində isə 551 yaşayış məntəqəsinin azad edildiyini bildirir.

Ukrayna ordusu Xerson şəhəri istiqamətində Rusiya qüvvələrinin mövqelərini atəşə tutur.

Azadlıq Radiosunda olan məlumata görə, Ukrayna qüvvələri hazırda Rusiyanın Dnepr çayı vasitəsi ilə təchizat xəttini kəsməklə Xerson üzərinə hücuma hazırlaşır. Məlumata görə, Xerson şəhərinin yerləşdiyi Dneprin qər sahilində Rusiya qüvvələrinin təchizat xətləri kəsilmək üzrədir.

Ukrayna prezidenti Volodimir Zelenskinin ofisindən verilən məlumata görə, Xerson vilayətinin cənubunda 88, Xarkov vilayətinin şimal-şərqində isə 551 yaşayış məntəqəsi işğaldan azad edilib.

Məlumata görə, hazırda Ukrayna ordusunun Xerson vilayətində əks-hücumu davam etdirilir.Ukrayna ordusu hazırda Xersondakı Rusiya qüvvələrini Dneprdən şərqə doğru geri çıxarmağa çalışır.

Prezident Volodimir Zelenski oktyabrın 21-də gecə videomüraciətində bildirib ki, Ukrayna qüvvələri Xersonda Rusiya ordusuna məxsus silahları ələ keçirməklə “yaxşı nəticələr” göstəriblər.

Ukrayna ordusunun cənub operativ komandanlığının sözçüsü Natalya Humenyuk, Ukrayna ordusunun Xerson şəhərindəki Antonivskiy körpüsünü vurduğunu bildirib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

24 saat” “
Ukrayna ordusu Rusiyanın Xersondakı mövqelərini vurur
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  İmran Xan beş il dövlət vəzifəsi tuta bilməyəcək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button