2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ukrayna ordusuna qoşulan sənətçi ad gününü səngərdə qeyd edib

Yayımlandı: 14 İyul 2022 16:19

Ukraynanın təcavüzə qarşı mübarizə apara biləcək cəsur xalqı var”

Könüllü olaraq Ukrayna ordusuna qoşulmuş kinorejissor Oleq Sentsov 46 yaşını səngərdə qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Rejissor deyib ki, Rusiya hərbi əməliyyyatlar keçirməklə köhnə müstəmləkəsi olmuş Ukraynanı geri qaytarmaq istəyir.

“Amma Ukrayna müstəmləkə deyil, müstəqil ölkədir və istənilən təcavüzə qarşı mübarizə apara biləcək çox cəsur xalqı var”, – Sentsov bildirib.

Kinorejissor 2014-cü ildə Krımın ilhaqına qarşı çıxdığı üçün həbs edilmişdi.

Rusiya məhkəməsi onu “terror aktları planlaşdırmaq” ittihamı ilə 20 il həbs cəzası kəsmişdi.

Sentsov ittiham edildiyi cinayətlərdə özünü təqsirli bilməmişdi.

Ona qarşı tətbiq edilmiş işgəncələr barədə bəyanət vermişdi. Həmçinin cinayət işini siyasi və uydurma adlandırmışdı.

Kinorejissoru bir sıra beynəlxalq insan hüquqları və kinematoqrafiya təşkilatları dəstəkləmişdilər.

O, 2019-cu il sentyabrın 7-də, həbsindən beş il sonra Avropa Kino Akademiyası, “Amnesty International”, Avropa Parlamenti, habelə Ken Louç, Pedro Almodovar və Aqneşka Holland kimi kino xadimlərinin səyləri nəticəsində azadlığa buraxılıb.

“Rusiya həbsxanasında bir az dincəldim, sonra kinoya qayıtdım, indi də hərbi xidmətdəyəm. Həyatımı dəfələrlə dəyişdiyimə görə on il sonra nə edəcəyimi bilmirəm”, – Sentsov döyüşlərə qoşulmasından danışarkən deyib.

Sentsovun ötən il ekranlaşdırdığı “Kərgədan” (Rhino) kriminal dramı Venesiya Kinofestivalında nümayiş olunub.

Film 1990-cı illərin əvvəllərində, SSRİ-nin dağılmasından dərhal sonra Ukraynada kriminal qruplar və qanqsterlər ölkəyə nəzarəti ələ keçirməsindən bəhs edir.

“Kərgədan” real hadisələr əsasında çəkilib. Hadisələ Sentsovun bir dostunun başına gəlib.

Rejissorun ilk bədii işi “Qamer” (“Gamer”), ikinci filmi isə “Nömrələr”dir (Numbers).

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən iki gün sonra, 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button